Sizin Reklam Burada
Xəbər lenti
07-08-2026
06-08-2026
BÜTÜN XƏBƏRLƏR

Cənubi Koreya dünyanın 12 min nəfərlik ilk üzən şəhərini tikir

Tarix: 29-04-2022 06:01     Baxış: 4993 A- / A+

Cənubi Koreyanın Busan sahillərində okean səthində 12 min nəfər tutumlu, dünyanın ilk üzən şəhərinin tikintisi başa çatmaq üzrədir.

Birləşmiş Millətlər Təşkilatının Məskunlaşdırma Proqramı tərəfindən dəstəklənən bu üzən şəhərin tikintisi daşınmaz əmlakın inkişafı və dəniz səviyyəsinin qalxmasının qarşısını almaq üçün yeni üsul kimi həyata keçirilir.

Üzən şəhərin bir-birinə bağlı adalardan ibarət olduğu, okeanın dibinə birləşdiyi və daşqınlara davamlı olduğu bildirilir.

Yeni şəhərin platformaları betondan daha sərt olan “biorock” adlı əhəngdaşı materialı ilə örtülüb.

Platformalar əvvəlcə quruda yığılır, daha sonra isə suya daşınır.

Şəhərdə, habelə hündürlüyü beş mərtəbədən çox olmayan binalar ağac və bambuk kimi yüngül və davamlı materiallardan hazırlanır.

Burada nə maşın, nə də qatar olacaq, onun sakinləri və qonaqları velosipedlə, ya da piyada gəzəcəklər. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar