Xəbər lenti
Gənc şairin “İmza günü” keçirilib - ŞƏKİLLƏR

Əli Kərim adına Sumqayıt Poeziya evində Dünya Gənc Türk Yazarlar Birliyinin və Sumqayıt Poeziya evinin təşkilatçılığı ilə əslən Kəlbəcərdən olan istedadlı gənc şair Valeh Qocanın yeni “Səni unutmağa vaxtım olmadı” adlı şeirlər kitabının təqdimatı və “İmza günü” keçirilib.

Manevr.az xəbər verir ki, qocaman şair Əyyub Cabbarov, V.Qocanın ədəbi-bədii fəaliyyətindən bəhs etmiş, gənc şairə uğurlar diləmişdir.
Çıxış edənlər- Rafiq Yusifoğlu, Məhəmməd Cəbrayılov, Namiq Dəlidağlı, Əkbər Qoşalı, İbrahim İlyaslı, Gülnarə Cəmaləddin, Əli Niyazbəyli, Namiq Məna, İntiqam Yaşar və başqaları şairin yaradıcılığı haqqında danışıb, yeni kitabının nəşri münasibətilə müəllifi təbrik ediblər. Tədbir boyunca müəllifin müxtəlif mövzulu şeirləri səsləndirilib. Aşıqlardan- Lətifə Çeşməli, Hikmət Həsənov, Əli Zeynalabdinov könülləri oxşayan saz havaları ilə tədbirə rəng qatıblar.
Sonda gənc şair görüşün yüksək səviyyədə təşkilinə görə təşkilatçılara, tədbirdə iştirak edən qələm dostlarına, poeziyasevər oxuculara öz təşəkkürünü bildirib, yeni şeirlərini oxuyub.

Sevinc Qərib
Manevr.az
































Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
İsmayıl İmanzadə
KƏRAMƏT
Sevinc Qərib
Sevinc Qərib
KƏRAMƏT
Sevinc Qərib
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar