İnfarkt keçirdiyi iddia edilən nazirin qızının sosial şəbəkələrdəki paylaşımı gündəm olub. Rusiyalı nazirin 31 yaşlı qızı Ksenya Şoyqu Teleqram kanalındakı paylaşımı ilə diqqət çəkib:
Ksenya atasının vəzifədəki 31-ci ili münasibəti ilə belə bir paylaşım etdiyini bildirib: "31 il hökumətdə. Düz bir il əvvəl onun xidmətlərindən bəhs edən film çəkmişdik. O filmə belə sığmayan elə qəribə hekayələrlə dolu bir ömür oldu".
Qeyd edək ki, Sergey Şoyqu sonuncu dəfə 8 apreldə rusiyalı mərhum siyasətçi Vladimir Jirinovskinin dəfn mərasimində görüntülənib. Görüntüləri izləyənlər rusiyalı nazirin çətinliklə yeridiyini söyləyib.
Xatırladaq ki, martın sonlarında yoxa çıxan S.Şoyqunun əvvəlcə xəstə olduğu və Ukraynadakı hərbi əməliyyatların uğursuzluğuna görə vəzifədən uzaqlaşdırıldığı iddia edilirdi. Daha sonra isə 66 yaşlı nazirin ürəyində problem olduğu açıqlanmışdı.
Kremldən verilən açıqlamada eyni zamanda Şoyqunun hərbi əməliyyatlara görə çox məşğul olduğu bildirilmişdi.ölkə.az