Xəbər lenti
Atatürk Mərkəzində “Zəfər duyğuları” kitabının təqdimatı olub

Manevr.az xəbər verir ki, tədbirdə “Türk Dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlı layihəyə dəstək verən QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkür edərək layihənin məqsəd və məramı, görülmüş işlər barədə ətraflı məlumat vermişdir. O bildirmişdir ki, layihənin icrası zamanı xalqımızın taleyində, tarixində, ərazi bütövlüyümüzün bərpasında mühüm əhəmiyyətli Vətən Müharibəsində qazandığımız böyük Zəfərin ölkəmizdə və Türk dünyasında yaradılan müasir ədəbi-bədii əsərlərdə necə əksini tapması və milli özünüdərk prosesinə təsirləri araşdırılmışdır. Toplanan materiallar və Vətən Müharibəsində qazanılan qalibiyyətlər, əsgər obrazının, qəhrəmanlıqların böyük dəyəri olan müstəqilliyimizdə və vətəndaşlarımızın həmrəyliyində, gənclərin vətənpərvər ruhda formalaşmasında rolu məsələlərini əhatə edən əsərlər dəyərləndirilməyə cəlb olunmuşdur. Araşdırmalarımızın nəticəsi olaraq, Azərbaycanda, Türkiyədə, Gürcüstanda və digər regionlarda yaşayan müasir şairlərin Zəfər tariximiz, Qarabağ, əsgər obrazı mövzusunda yazdıqları əsərlərdən ibarət “Zəfər duyğuları” adlı poeziya antologiyası hazırlanıb nəşr edilmişdir. Önəmli cəhət odur ki, kitab "Şuşa İli"nə həsr olunan ilk topludur. Layihənin icrasından qənaət budur ki, Azərbaycan xalqının müasir tarixində böyük dönüş yaradan Vətən Müharibəsində qazanılan Zəfər XXI əsrin ən bariz, haqlı tarixi faktı olmaqla, bizim milli, o cümlədən mədəni düşüncəmizdə yeni, başlıca strateji paradiqmanı da müəyyənləşdirən hadisədir. Bu qürurlu tarixi olayların timsalında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü böyük siyasətin nəticəsi olaraq, qalib xalqın qalib mədəniyyəti, ədəbiyyatı, elmi yaranmalı, ədəbi-estetik cəhətdən əlaqəli şəkildə inkişaf etməlidir. Bu cür layihələri gələcəkdə də davam etdirməyi düşünürük”, - deyə layihə rəhbəri vurğulayıb.
Sonra tədbir işçi qrupun üzvü, şair-publisist, İlham Qəhrəmanın moderatorluğu ilə davam etmişdir. Qeyd olunmuşdur ki, layihə daha çox ictimai, yaradıcı fəaliyyətlə məşğul olan insanları, tələbə və gəncləri, vətəndşlarımızın yeni nəslinə ünvanlanmışdır. Antologiyanın nəşrindən aydın olur ki, yeniləşən münasibətlər timsalında Azərbaycanın öz doğma Qarabağı erməni işğalından azad etməsi uğrunda haqlı mübarizəsinin əhəmiyyətliliyi müxtəlif məzmunlu əsərlərdə vətəndaş qüruruyla yüksək səviyyədə əks olunmuşdur. Bu kitabla Vətən Müharibəsi, Zəfər tariximiz barədə əsərlərin vətəndaşlarımızın həyatındakı rolu barədə uyğun profilli insanlar və elmi, ictimai qurumlar əyani surətdə tanış ola biləcəklər.

Sonda kitabda əsərləri yer alan müəlliflər Diplomlar və plaketlərlə təltif olunmuş, hədiyyələr verilmişdir.
Qeyd edək ki, “Zəfər duyğuları” antologiyasında ümumilikdə Azərbaycandan, Türkiyədən, Gürcüstandan və digər bölgələrdən 46 tanınmış müəllifin əsərləri dərc edilib. Nəfis şəkildə, 300 tirajla çap olunmuş 220 səhifəlik nəşrin məsləhətçisi akademik, Milli Məclisin deputatı Nizami Cəfərov, “Ön söz”ün müəllifi AMEA-nın şöbə müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, redaktorları, Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı və filologiya üzrə fəlsəfə doktoru, Atatürk Mərkəzinin şöbə müdiri İlahə Abdullayevadır.
Kitabın müəlliflərə, elmi dairələrə, kitabxanalara, ziyalılara və gənclərin daha çox təmsil olunduğu auditoriyalara, QHT-lərin nümayəndələrinə paylanılması nəzərdə tutulub.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
İsmayıl İmanzadə
KƏRAMƏT
Sevinc Qərib
Sevinc Qərib
KƏRAMƏT
Sevinc Qərib
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar