Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Brüsseldəki çıxışım erməniləri və Namizəd bəyi narahat edir" -Azər HƏSRƏT

Tarix: 27-03-2017 17:37     Baxış: 3563 A- / A+
"Brüsseldəki çıxışım erməniləri və Namizəd bəyi narahat edir"



"Mənim çıxışım eyni zamanda həm erməniləri, həm də Namizəd bəy və onun söyüşçü tərəfdarlarını niyə narahat edir?"

Manevr.az xəbər verir ki, bunu bu günlərdə Brüsseldə keçirilən toplantıda media azadlığı məsələlərilə bağlı ekspert qismində iştirak edən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət deyib:

"Yenə də qaragüruhun gözünə girdik! Təəccüblənmirəm. Heç rahatsız da olmuram. Sadəcə bunlar danışdıqca, yazdıqca, fikirlərini ifadə etdikcə nə qədər aşağılıq olduqlarını öz dillərilə təsdiq etmiş olurlar. Namizəd Səfarov mənim Brüssel səfərimlə bağlı bir paylaşım edib. Bəyənmir, tənqid edir. Etsin, normaldır. Hər kəsin mütləq məni bəyənməsini gözləmirəm də zatən. Ölkədə fikir plüralizmi var, hər kəs də bu haqdan istifadə etməkdə sərbəstdir. Amma bu Namizəd bəy bir şeyi unudur: fikir plüralizmi kimisə ona-buna söydürmək demək deyil. Heç kim bilməsə də Namizəd bəy hüquqşünas olduğu üçün yaxşı bilir ki, azadlıq həm də məsuliyyət deməkdir. İndi bu bəy əfəndi öz divarında məni söydürməklə nəyi sübut etmək istəyir? Mənim fikirlərimlə razı olmayanlar var? Normaldır. Qoy o adamlar tərbiyə çərçivəsində etiraz etsinlər, əks arqumentlərlə məni haqsız çıxarsınlar. Edə bilmirlərsə, söyüş söyürlərsə, deməli mən haqlıyam da. Bu öz yerində. Başqa bir məqam isə odur ki, Namizəd bəy bu söyüşlərin onun öz divarında tirajlanmasına çox dözümlü yanaşır və hətta şərait yaradır. Onda bu adama sualım var: bəy əfəndi, siz evinizdə də kiminsə gəlib belə tərbiyəsizlik etməsinə dözümlü yanaşırsınız? Mənə elə gəlir ki, yanaşırsınız. Elə olmasaydı divarınızda mənə ünvanlanan söyüşləri təmkinlə qarşılamazdınız...
Sözardı: Brüsseldəki çıxışımın əsas hissəsi Azərbaycanı hədəfə götürmüş erməniyə cavabdan ibarətdir. İndi hər kəs düşünsün ki, mənim çıxışım eyni zamanda həm erməniləri, həm də Namizəd bəy və onun söyüşçü tərəfdarlarını niyə narahat edir?"


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar