Xəbər lenti
Əflatun Amaşov Gürcüstan parlamentinin sədr müavini ilə görüşüb
Gürcüstanda səfərdə olan Milli Məclisin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Əflatun Amaşov Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri ilə görüşüb.
Manevr.az-ın APA-nın Gürcüstan bürosuna istinadən məlumatına görə, görüşdə Gürcüstan parlamentinin deputatları Ruslan Hacıyev, Tamaz Naveriani və Mahir Dərziyev də iştirak edib. Görüş çərçivəsində tərəflər hər iki ölkə parlamentində fəaliyyət göstərən dostluq qruplarının aktiv və səmərəli fəaliyyət göstərməsi üçün yaxın vaxtlarda təkliflər paketinin işlənib hazırlanması barədə razılığa gəliblər. Təkliflər paketində hər iki ölkənin mədəni, idman və digər vacib sahələrdə, həmçinin sərhədyanı ərazilərdə görüşlər və tədbirlərin keçirilməsi üçün qrafik müəyyənləşdiriləcək.
Ə. Amaşov deyib ki, ilk tədbir kimi Gürcüstanın və Azərbaycan deputatlarının hər iki ölkəyə qarşılıqlı səfərləri həyata keçiriləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































