Sizin Reklam Burada
Xəbər lenti
06-06-2023
05-06-2023
BÜTÜN XƏBƏRLƏR

Bu planetdə hər fəsil 40 il davam edir

Tarix: 15-04-2022 07:14     Baxış: 3769 A- / A+
Neptun planetində kəskin soyuma qeydə alınıb.

Hər mövsümün 40 il davam etdiyi Neptun planetində temperatur kəskin aşağı düşüb. 

17 il əvvəl başlamış yay mövsümündə mavi planetin səthində anidən soyuma qeydə alınıb. Avropa Cənub Rəsədxanasının astronomları bu prosesi gözlənilməz hesab edirlər. Onlar bildirirlər ki, yay mövsümündə temperaturun artmasını gözləsələr də, soyuma baş verib. 2013-2019-cu illərdə temperatur 18 dərəcə azalıb. Planetdə orta temperatur -200 dərəcə Selsidir. Planetin atmosferi su, metan və azotdan ibnarətdir. Cənub qütbündə küləyin sürəti saatda  2000 kilometrə çatır. 

Neptun Yerdən çox uzaq olduğu üçün onu klassik teleskoplarla yaxşı müşahidə etmək mümkün deyil. Bu planet haqqında ən dolğun məlumatı 1989-cu ildə “Voyager” kosmik zondu ötürmüşdü. Sonradan “Hubble” teleskopunun köməyi ilə dolğun məlumat almaq mümkün oldu. 

Qeyd edək ki, Neptundan Günəşədək olan məsafə Yerlə Günəş arasındakı distansiyanın 30 mislidir. Bu planetdə 1 il Yerdəki 165 ilə bərabərdir. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar