Xəbər lenti
Azərbaycan-İran sərhədində insident – Silahlar işə düşdü
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik və psixotrop vasitələrin qanunsuz dövriyyəsinin, qaçaqmalçılığın qarşısının alınması istiqamətində fəaliyyətlərini uğurla davam etdirirlər.
DSX-nın mətbuat xidmətindən A24.Az-a verilən məlumata görə, sərhədçilərin sayıqlığı sayəsində növbəti dəfə dövlət sərhədinin pozulmasının və külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Belə ki, 19.03.2017-ci il tarixdə saat 21:48 radələrində Cəlilabad rayonunun Bəyxanlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmağa cəhd edən iki nəfər sərhəd pozucusu aşkar edilib. Təqib olunan sərhəd pozucuları sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə baxmayaraq üzərlərində olan qaçaqmalı ataraq havanın qaranlıq olmasından və sərhəd xəttinə yaxın olmalarından istifadə edərək geriyə qaçmağa müvəffəq olublar.
Xidməti ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 546 konvolyut “T-DOOL”, 300 konvolyut “Pregabalin,” 930 konvolyut “FOX DOL”, 30 konvolyut “Methadone”, 500 konvolyut “T-DOLL 200 ml”, 1000 ədəd “Mydrax” markalı psixotrop preparatları, 15 qram narkotik maddə olan tiryək aşkar olunaraq götürülüb.
Sərhəd pozucularının şəxsiyyətlərinin müəyyən edilərək saxlanılması məqsədilə müqabil tərəf məlumatlandırılmışdır. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar