Xəbər lenti
“Sanki XİN yoxdur” - Tofiq Zülfüqarov

"Xarici İşlər Nazirliyi lazımi səviyyədə çalışmır”.
Manevr.az xəbər verir ki, bu fikirləri "Yeni Müsavat” qəzetinə müsahibəsində Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. O, "XİN Sərkisyanın Qarabağda peyda olmasını sükutla qarşılamalıdır” sualına cavab verərkən nazirliyin demək olar ki, fəaliyyət göstərmədiyinə işarə verib: "Vallah, mənə bunu şərh etmək çətindir, etik məsələlərə görə... Amma hesab edirəm ki, Xarici İşlər Nazirliyi lazımi səviyyədə çalışmır. Demək olar ki, bu prosesdə onun səsi eşidilmir. Təəssüflər olsun. Amma onun yeri də var, mövqeyi də olmalıdır, səsi də eşidilməlidir. Müxtəlif addımlar atılmalıdır, amma susmaq qəbuledilməzdir. 4-5 aydır müxtəlif hadisələr baş verir, mən indiyədək Xarici İşlər Nazirliyinin mövqeyini başa düşməmişəm, elə bil o, yoxdur...”
Sabiq nazir "Azərbaycan hərbi əməliyyatlara başlamalıdırmı” sualını isə belə cavablandırıb: "Həmişə belə bir imkan var ki, kimsə daha radikal mövqedən çıxış etsin və tələb etsin ki, biz qısa müddətdə əraziləri boşaltmalıyıq. Biz hamımız bunu istəyirik, amma realist olmalıyıq. Təəssüflər olsun ki, bu proses uzanır və bəzən belə radikal mövqedə olan adamlar düşünməlidirlər ki, onların çağırışlarının birbaşa bizim əsgərlərimizin həyatı ilə bağlılığı var. Yəni kənarda durub kimisə harasa çağırmaq asandır. Amma biz həmişə fikirləşməliyik ki, el arasında deyildiyi kimi, "Nə şiş yansın, nə kabab”. Elə etməliyik ki, istədiyimiz hədəflərə ən az itkilərlə nail olaq”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar