Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Kartof və soğanın bahalaşmasının səbəbi AÇIQLANDI

Tarix: 02-04-2022 22:38     Baxış: 3288 A- / A+



“Soğan və kartofun qiymətinin bahalaşması qıtlıqla əlaqədardır”.
Manevr.az xəbər verir ki, bunu "qaynarinfo"ya açıqlamasında kənd təsərrüfat məhsulları üzrə ekspert Vahid Məhərrəmov kartofun qiymətinin bahalaşmasından danışarkən deyib.
Onun sözlərinə görə, mövsümün bahalaşma ilə heç bir əlaqəsi yoxdur:
“Artıq bazarlara təzə kartof çıxıb. Əvvəllər təzə kartof daha çox Rusiyaya göndərilirdi. İndi isə göndərilmir və daxili bazara çıxarılır. Belə olan halda nə baş verməli idi? Kartof ucuzlaşmalı idi. Amma realda nə baş verdi? Qiymət daha da artdı. Yəni, bahalaşma qıtlıqla bağlıdır”.
Vahid Məhərrəmov deyir ki, uzun müddətdir Azərbaycan özünün hətta meyvə-tərəvəzə olan tələbatını tam ödəyə bilməməsi ilə bağlı açıqlamalar verilir:
“Söhbət norma və tələbatdan gedir. Bu da ödənilə bilmir. Ona görə də bazarlarda belə kəskin qiymət dəyişməsini müşahidə edirik. Yəni, tələb kifayət qədər deyilsə, təklif tələbi ödəyəcək qədər deyilsə, belə hallar baş verir”.
Ekspert təklif edir ki, kəndliləri maarifləndirmək lazımdır:
“Məhsuldarlıq artanda bizim məhsullarımız çox olacaq və anbarlarda saxlanılacaq. İl boyu Azərbaycan əhalisi həmin məhsulla təmin olunacaq. Kartofu da il boyu saxlamaq mümkündür”.
Qeyd edək ki, Azərbaycanda kartof və soğanın qiyməti bahalaşıb. Paytaxt bazarlarında 1 manat 20 qəpiyə satılan kartofun qiyməti bahalaşaraq, 1 manat 70 qəpik təşkil edib. Soğanın qiyməti isə 1-1,5 manat arasında dəyişir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar