Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

Rublun dəyər itirməsi Azərbaycana necə təsir edəcək? - VİDEO

Tarix: 01-03-2022 10:01     Baxış: 3248 A- / A+
Rublun dəyər itirməsi Azərbaycana necə təsir edəcək? - VİDEO

Rusiya-Ukrayna müharibəsi başlayan gündən onlarla ölkənin Rusiyaya tətbiq etdiyi ciddi iqtisadi sanskiyalar bu ölkənin milli valyutasını kəskin ucuzlaşdırıb. Böyük bir regionda dominant valyuta rolunu oynayan rubl, sanksiyalara tab gətirə bilmir.
Rusiyada yüz minlərlə soydaşımız çalışır və Azərbaycanda yaşayan yaxınlarına müntəzəm şəkildə vəsait göndərir. Ümumilikdə ölkəmizə xaricdən hər il təqribən 1,2 milyard dollar vəsait göndərilir ki, bunun da təqribən 53 faizi Rusiyanın payına düşür. Rusiyadan ölkəmizə göndərilən vəsaitlər 2020-ci ildə 17, 2021-ci ildə isə 13 faiz artıb.
Ekspertlər deyirlər ki, Ukrayna ilə bağlı baş verənlərin fonunda Rusiya iqtisadiyyatının qarşılaşdığı problemlər bu ölkədən göndərilən vəsaitlərə də təsirsiz ötüşməyəcək.
Rusiya Azərbaycanın qeyri-neft ixracında birinci yerdə dayanır. Azərbaycanın meyvə və tərəvəz məhsullarının əsas ixrac ünvanı olan Rusiyada rublun dəyər itirməsi xarici məhsulların bu ölkədə bahalaşmasına və nəticədə alıcılıq qabiliyyətinin azalmasına gətirib çıxara bilər. Yəni Azərbaycan məhsullarının bu ölkədə bahalaşmaması üçün ixrac etdiyimiz məhsulları əvvəlkindən daha ucuz qiymətə satmalıyıq. Lakin bu ölkəyə tətbiq olunan digər sanksiyalar azərbaycanlı ixracatçılara əlavə imkanlar da verə bilər.
Ölkəmizlə Rusiyanın ticarət əlaqələri təkcə yüksək ixrac əməliyyatları ilə məhdudlaşmır, bu ölkə Azərbaycanın idxalında da mühüm yer tutur. Odur ki, ucuzlaşan rus rublu bu ölkənin məhsullarını azərbaycanlı alıcılar üçün daha əlçatan edə bilər. Lakin Rusiya iqtisadiyyatının sanskiyalardan görəcəyi ziyan bu ölkənin ixrac imkanlarını da məhdudlaşdıra və qiymətlərə fərqli təsir də göstərə bilər. Bir sözlə, qiymət dəyişikliyini proqnozlaşdırmaq üçün bir az gözləmək lazımdır.
Qeyd edək ki, qlobal valyuta bazarında Rusiya-Ukrayna müharibəsi başlayana kimi rus valyutasının 1 dollara nisbətdə dəyəri 80 rublu ötmürdü, hazırda isə 1 dollar 100-120 rubla dəyişdirilir və yaxın günlərdə devalvasiyanın dərinləşəcəyi də proqnozlaşdırılır. 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar