Xəbər lenti
Manat ucuzlaşacaq? - S&P proqnozunu BƏYAN ETDİ
Azərbaycan Mərkəzi Bankının (AMB) mütəmadi müdaxilələri ilə ölkədə ABŞ dollarının məzənnəsi 1,7 manat səviyyəsində saxlanılacaq.Manevr.az report-a istinadla xəbər verir ki, bunu "Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi bəyan edib.
"Buna baxmayaraq, fikrimizcə, karbohidrogen qiymətləri kəskin enərsə və uzun müddət aşağı səviyyədə qalarsa, rəsmi orqanlar məzənnəyə düzəliş edilməsi imkanını nəzərdən keçirə bilər. Bu, AMB-nin 2015-ci ildə məruz qaldığı xarici valyuta ehtiyatlarının əhəmiyyətli itkisinin qarşısını almağa kömək edə bilər", - məlumatda deyilir.
S&P 2026-cı ilə qədər Azərbaycan manatının Amerika valyutası qarşısında məzənnəsinin dəyişməyəcəyini proqnozlaşdırır.
2021-ci ildə əmtəə birjalarında "Brent" markalı neftin bir barelinin orta qiyməti 2020-ci ildəki 43 ABŞ dollarına qarşı 71 ABŞ dolları təşkil etdiyi bəyan edən S&P 2022-ci ildə qiymətin orta hesabla 75 ABŞ dolları, 2023-cü ildə 65 ABŞ dolları, 2024-2025-ci illərdə isə 55 ABŞ dolları olacağını proqnozlaşdırır. Azərbaycanın 2022-ci il üçün büdcəsində neftin orta qiyməti 1 barel üçün 50 ABŞ dolları səviyyəsində müəyyən edilib.
"S&P" həmçinin Azərbaycan və Türkiyənin mərkəzi bankları arasında qonşu ölkənin valyuta ehtiyatlarının artırılmasına kömək etmək üçün bağlanılacaq svop müqaviləsi üzrə danışıqları da şərh edib: "Danışıqlar prosesi barədə ətraflı məlumata malik olmasaq da, mümkün müqaviləni əsasən siyasi motivli hesab edirik və bununla da AMB-nin beynəlxalq ehtiyatlarının əhəmiyyətli dərəcədə azaldacağını gözləmirik”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































