Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Əmək pensiyaları nə qədər indeksləşdiriləcək? - AÇIQLAMA

Tarix: 17-01-2022 15:51     Baxış: 4248 A- / A+
Azərbaycan qanunvericiliyinə əsasən hər növbəti ilin fevral ayında əmək pensiyaları indeksləşdirilir. Belə ki, indeksləşdirilmə ötən ilin orta aylıq  nominal əmək haqqının ondan əvvəlki illə müqayisədə artımına uyğun olaraq həyata keçirilir.
Bəs bu il indeksləşdirmə faizi nə qədər olacaq?
Manevr.az xəbər verir ki, iqtisadçı alim Qubad İbadoğlunun sözlərinə görə, indeksləşdirmə faizi hələ açıqlanmayıb:  “Dövlət Statistika Komitəsinin açıqlamasına görə, 2021-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 724,1 manat olub. Göründüyü kimi 11 aylıq göstərici 2,9 faizdir. 12-ci ayın göstəricisi də əlavə olunanda və ya çıxılanda 2021-ci il üçün ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının əvvəlki ilə nisbətdə artım faizi bəlli olacaq. Bunun əsasında isə əmək pensiyalarının təxminən 90 faizi indeksləşdiriləcək”.
Qubad İbadoğlu: “Mən deyirdim…”
İqtisadçı əlavə edib ki, indeksləşdirmə 3 faiz ətrafında təxmin edilə bilər:  “Belə olan halda əvvələr 240 manatdan çox pensiya alanların pensiyası da  3 faiz ətrafında indeksləşdiriləcək. Onda 250 manat pensiya alanlar  257,5 manat, 300 manat pensiya alanlar  309 manat, 350 manat pensiya alanlar 360,5 manat,  400 manat pensiya alanlar 412 manat alacaq. Amma hər bir halda yekun məlumatı  gözləmək lazımdır. Mənim hesablamam hələ ki, təxminlər əsasındadır”./konkret.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar