Sizin Reklam Burada
Xəbər lenti
02-02-2026
01-02-2026
BÜTÜN XƏBƏRLƏR

"Çörəyin qiyməti artmaqda davam edəcək"

Tarix: 10-01-2022 17:20     Baxış: 3231 A- / A+
“Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliklərə görə 1 yanvardan heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının, baytarlıq şəhadətnaməsinin və arayışının verilməsi və yaxud ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulması, qida təhlükəsizliyi sertifikatının verilməsi üçün dövlət rüsumları artırılıb. Bu dəyişiklik satıcıların məsrəfini artırğından, mövsümi amillər fəallaşdığından yaxın zamanlarda bütün növ ət və ət məhsullarının, balıq və balıq məhsullarının, yumurtanın, süd və süd məhsullarının, balın qiyməti yenidən bahalaşacaq".

Manevr.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu bildirib.
Q.İbadoğlu qeyd edib ki, un və un məmulatları, taxıl məhsulları və çörəyin qiyməti artmaqda davam edəcək: "Hazırkı qiymət son səviyyə deyil. Bir sıra məhsullar, məsələn, balıq və balıq məhsulları, hətta bəzi hallarda ət və ət məhsulları aztəminatlı əhalinin menyusundan çıxacaq, onların çörəyə olan tələbatı artacaq. Bazarda adı çəkilən bir sıra məhsullar üzrə keyfiyyətsiz malların satış payı artacaq"./pravda.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar