Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

Ərdoğanın çıxışı ajiotaj yaratdı: Lirənin dəyəri sürətlə artmağa başladı - ŞƏRH

Tarix: 21-12-2021 11:48     Baxış: 3230 A- / A+


"Türkiyə iqtisadiyyatının ən böyük problemi məhz bu oynaqlıq və dalğalı məzənnə rejimidir. Bu, çox ciddi ziyan vurur”.
Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli dekabrın 20-də axşam saatlarında türk lirəsinin ucuzlaşmasından danışarkən deyib. Onun sözlərinə görə, dekabrın 20-də türk lirəsi tarixinin ən minumum nöqtəsinə çatıb:
"Bu, Türkiyə iqtisadiyyatında çox böyük dalğalanmalar yaratdı. Sonra isə Türkiyə prezidentinin rəhbərliyi ilə Nazirlər Kabinetinin toplantısı oldu. Toplantıdan sonra Türkiyə prezidentinin özü kameralar qarşısına keçib bəzi açıqlamalar verdi. Açıqlamalardan biri də ondan ibarətdir ki, türk lirəsi və dollar məzənnəsində bundan sonra itirdiklərini Türkiyə hökuməti geri qaytaracaq. İstər iş adamları olsun, istərsə də fiziki şəxslər. Prezident daha bir fikir də işlətdi ki, əgər dollardan türk lirəsinə keçsəniz, biz sizin gələcəkdə itirdiklərinizi qaytara bilərik. Ona görə də bir ajiotaj yarandı. Türkiyə prezidentinin çıxışı bitən kimi birjalarada, əsas da Asiya birjasında türk lirəsinin dəyəri sürətlə artmağa başladı”. 

Natiq Cəfərli hesab edir ki, bu qərarların hələ altı doldurulmayıb, ancaq bir ajiotaj var:
"Dollar necə sürətlə bahalaşmışdısa, indi də sürətlə ücüzlaşır. Bu da yaxşı hal deyil, bir sabitlik lazımdır ki, iş adamları önünü görə bilsin, müqavilələr bağlasın. Ona görə bu dalğalanmalar bu həftə sabitləşməlidir. Hələlik pozitiv xəbərlər var. Türk hökumətinin milyonlarla lirə dəstək paketinin açıqlayacağını söylədilər. Hələlik bu vəsaitin mənbəyi açıqlanmayıb. Mənə elə gəlir ki, bir müddətdən sonra həmin mənbələrlə bağlı problemlərin yaşanacağı ehtimalı gündəmə gələcək. Bundan sonra türk lirəsində yenidən dəyər itirmələri ola bilər”. 
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar