Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Özəlləşdirmə ilə bağlı növbəti hərraclar elan edildi

Tarix: 22-08-2016 13:18     Baxış: 1227 A- / A+
Özəlləşdirmə ilə bağlı növbəti hərraclar elan edildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən böyük özəlləşdirmə prosesində 20 avqust 2016-cı il tarixində növbəti hərraclar elan edilib.

Qurumun mətbust xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, bu dəfəki hərraclarda 25 səhmdar cəmiyyətinin 30%-lik səhm paketləri, 32 kiçik dövlət müəssisə və obyekti, 16 nəqliyyat vasitəsi özəlləşdirməyə çıxarılıb. Hərraclar barədə məlumatlar komitənin rəsmi mətbu orqanı olan «Mülkiyyət» qəzetində və Özəlləşdirmə Portalında yerləşdirilib. İstənilən vətəndaş hərrac elanına baxdıqdan sonra hərraca çıxarılan dövlət əmlakı ilə bağlı Özəlləşdirmə Portalında müvafiq bölmələrdə yerləşdirilmiş məlumatlar ilə ətraflı tanış ola bilər. Portalda müəssisələrin, əmlakların və nəqliyyat vasitələrinin mövcud vəziyyətini əks etdirən fotolar və mətn məlumatları əksini tapıb.

Xatırladaq ki, komitə bu tədbirləri Azərbaycan Prezidentinin «Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında» 19 iyul 2016-cı il tarixli fərmanına və bu sahədəki digər tapşırıqlarına əsasən həyata keçirir.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərinin fəaliyyət profili iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən aqrar, sənaye, inşaat, xidmət, nəqliyyat sahələrinə aiddir. Bu müəssisələr respublikanın müxtəlif şəhər və rayonlarında yerləşir, hər bir səhmdar cəmiyyəti barədə ətraflı məlumatla aşağıdakı linkdə tanış olmaq olar:

http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/mue-ssis-l-r/uemumi-siyah


Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin əksəriyyəti Bakının Sabunçu, Xəzər və Qaradağ rayonlarında yerləşir. Eyni zamanda, Abşeron, Sumqayıt, Mingəçevir və Şəkidə yerləşən obyektlər də bu dəfəki hərraclarda özəlləşməyə çıxarılıb. Kiçik dövlət müəssisə və obyektləri barədə müvafiq məlumatlarla aşağıdakı linkdə tanış olmaq mümkündür:

http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/kidzhik-doevlaet-muaessisae-vae-obyektlaeri


Komitə tərəfindən özəlləşdirməyə çıxarılan 16 nəqliyyat vasitəsi barədə foto və mətn məlumatları komitənin Özəlləşdirmə Portalında, Nəqliyyat vasitələri bölməsində yerləşdirilib. Hərracda iştirak etmək istəyən vətəndaş bu barədə ətraflı məlumatı aşağıdakı linkdən ala bilər:

http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/naezhliyyat-vasitaelaeri

Hərraclarda iştirak hazırda daha rahatdır və komitə tərəfindən şəffaf hərraclar keçirilir. Hərrac prosesi ilə tanış olmaq istəyən hər bir vətəndaş “açıq hərrac”larda gəlib iştirak edə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir. Qarşıdakı dövrdə də çoxlu sayda dövlət əmlaklarının mərhələli şəkildə özəlləşdirməyə çıxarılması davam etdiriləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar