Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycan hökuməti effektiv vergi sistemi yarada bilməyib” - Natiq Cəfərli

Tarix: 02-11-2021 19:38     Baxış: 3217 A- / A+

“Dövlət-vətəndaş münasibətləri, əsasən, iki bağ üzərinə inşa edilir: vergi və seçki. Tarixən vətəndaşlardan vergi toplamağa başlayanda onlara seçki hüququ verildi və ya seçki hüququ verilənlər vergi ödəməyə başladı. Azərbaycanda hər iki bağ kəsilib, çalışmır. Seçki hüququ əlimizdən alınıb deyə, vergi mədəniyyəti də formalaşmır. Vətəndaş ödədiyi vergiyə nəzarəti seçki üzərindən etməlidir, başqa yol yoxdur”.
 
Manevr.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli məlumat verib.
 
O qeyd edib ki, Azərbaycan hökuməti effektiv vergi sistemi yarada bilməyib deyə, dolayı vergiləndirmə ilə məşğuldur: “Ölkədəki rüsumlar, ƏDV, gömrük ödənişləri, hətta pullu təhsil belə dolayı vergiləndirmədir. Vətəndaş verginin nəticəsini görmək istəyir, görməyəndə ödəmək istəmir, müxtəlif yollarla yayınmağa çalışır. Dövlət isə büdcənin 65 faizni birbaşa neft pulu ilə formalaşdırır deyə (50% Neft Fondundan tranfert, 15% neft sektorundan vergilər), vətəndaşın birbaşa vergi sistemində iştirakında maraqlı deyil. Çünki birbaşa vergi sistemində iştirak gəlir deklorasiyasının tədbiqi vətəndaş üzərində məsuliyyət yaratmaqla yanaşı, vətəndaşa seçki institutu üzərindən nəzarət səlahiyyəti də verməlidir. Belə qəliz, effektiv və çağdaş sistem qurmaqdansa hökumət asan yolla gedir – rüsum, cərimə və digər dolayı yollarla vergi toplayır. Yəni, məsələnin kökü, səbəbi budur, biz isə yenə də nəticələri müzakirə edib-dururuq”./pravda.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar