Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

"Azərbaycanda devalvasiya üçün əsas yoxdur" - AÇIQLAMA

Tarix: 25-10-2021 13:34     Baxış: 4261 A- / A+



"Azərbaycandakı qiymət artımını inflyasiya adlandırmaq olar. Devalvasiya isə Azərbaycan manatının xarici valyutaya, konkret desək, dollara nisbətdə ucuzlaşmasıdır. Hazırda bu mənada sabitlikdir. İnflyasiya isə qiymət artımıdır. Hər ölkədə olduğu kimi, Azərbaycanda da inflyasiya həmişə mövcud olub".
 
Manevr.az xəbər verir ki, bunu pravda.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov deyib.
 

 
O bildirib ki, əvvəllər ölkədə inflyasiya daha az baş verirdi, indi isə təbii qazın və elektrik enerjisinin qiymətinin artması inflyasiyanı da şərtləndirir: "Hazırda ölkədə devalvasiya üçün əsas yoxdur. Devalvasiya, belə demək mümkünsə, dollar qıtlığıdır. Dollar isə çoxdur, çünki neftin qiyməti yüksəkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan dolları əsasən neft və qazın satışından əldə edir. Xatırladım ki, 2015-ci ildə devalvasiyanın baş verməsinin səbəbi də məhz neftin qiymətinin kəskin düşməsi ilə bağlı idi. Nəticədə, ölkənin valyuta gəlirləri azalmışdı".
 
İqtisadçı, həmçinin Türk lirəsinin dəyərinin düşməsinə də münasibət bildirib. Qeyd edib ki,  Türk lirəsinin dəyərinin azalmasının əsas səbəbi Türkiyənin neft və qaz resurslarının olmamasıdır: "Türkiyə gəliri əsasən kənd təsərrüfatı, sənaye və turizmdən əldə edir. Türkiyənin iqtisadiyyatında daxili problemlər var, gəlir əvvəlki qədər deyil. Ona görə də hökumət bilərəkdən pul həcmini artırır ki, iqtisadiyyatda canlanma olsun. Bu da, təbii olaraq, milli valyutanın qiymətini aşağı salır. Türkiyənin mərkəzi bankı faiz dərəcələrini endirir və nəticədə, daha çox vətəndaş və biznes sahibləri kredit götürə bilirlər. Kredit götürdükcə pul çoxalır. Belə olan halda, pulun dəyəri düşür. Yəni Mərkəzi Bankın bunu etməkdə məqsədi iqtisadiyyatı canlandırmaqdır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar