Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ciddi bahalaşma gözlənilir - Ən az devalvasiya qədər təhlükəli olan başqa proses gedir

Tarix: 22-10-2021 20:20     Baxış: 4326 A- / A+
"Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından olan Türkiyə və Rusiyada milli valyutalarla bağlı maraqlı proseslər gedir. Hər ölkədə proseslərin öz səbəbləri var".

Manevr.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib.

"ürkiyədə lirənin tarixi minunun səviyyəyə düşməsinin (bu gün 1 dollar 9,62 lirəyə qədər bahalaşdı) bir neçə səbəbi var:

1) Türkiyənin xarici ticarətdə mənfi saldosu,

2) Turizmdən gələn gəlirlərin kəskin azalması,

3) Və ən əsası, Türkiyə prezidenti Ərdoğanın Mərkəzi Bankın müstəqilliyinin əlindən alması.

Rusiyada rublun ciddi dəyər qazanmasını görürük, bu gün bir dollar 69 rubla qədər ucuzlaşdı, bunun da 2 əsas səbəbi var:

1) Dünyada enerji daşıyıcılarının qiymətinin kəskin artması, neftin, qazın bahalaşması,

2) Rusiya Mərkəzi Bankının ard-ardına faiz artımına getməsi, uçot dərəcəsini artırması.

Məntiqlə, Azərbaycana Türkiyədən gətirilən mal-məhsullar ucuzlaşmalı, Rusiyadan gətirilənlər isə bahalaşmalıdır. Məmləkətdə məntiq adlı məvhum işləmədiyinə görə Türkiyədən gələn məhsullar ucuzlaşmayacaq, amma Rusiyadan gələn mal-məhsulların ciddi bahalaşmasını görəcəyik.

Bizdə məzənnə siyasi, inzibati məfhum olduğuna, əmrlə məzənnə təyin edildiyinə görə, hələ ki, dəyişməyəcək, çünki neft bahadır, amma ölkədə, ən az devalvasiya qədər təhlükəli olan başqa proses gedir – manatın alıcılıq qabiliyyəti kəskin aşağı düşür. Manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi insanların real gəlirlərinin kəskin azalmasına səbəb olur, bu isə kasıblığı dərinləşdirən əsas faktorlardan biridir" - ekspert qeyd edib./pravda.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar