Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Almaniya səfirindən “Azərsu”ya çağırış: “Struktur şəffaf olmalıdır”

Tarix: 12-10-2021 15:36     Baxış: 3217 A- / A+


Çox şadam ki, Almaniya dayanıqlı inkişaf məsələsinə töhfə verir. Biz azad bazar iqtisadiyyatına inanırıq”.

Manevr.az xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Volfang Manig Bakıda Almaniya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən və su infrastrukturunun davamlı inkişafına həsr edilmiş “Davamlılıq Forumu 2021” tədbirində bildirib.
“Dövlət subsidiyalarından aslı olan və nəticə etibarilə yerli icmalarla təmas qura bilməyən, iqtisadiyyat üçün ağır yük olan iri şirkətlərin əhəmiyyətinə inanmırıq:. Almaniyada ixtisaslaşmış şirkətlər öz sahələri üzrə fəaliyyət göstərməklə dünya öndərlərinə çevrilib. Almaniya-Azərbaycan Ticarət Palatasına gəldikdə isə inanırıq ki, biz həm mərkəzi hökumət, həm də bələdiyyə qurumları səviyyəsində bu məsələ ilə bağlı əməkdaşlıq edə biləcəyik. Bir nümunə çəkim. Mən Bakının Badamdar qəsəbəsində yaşayıram. Orda su xəttində sızma baş vermişdi. Sızmanın həcmi o qədər böyük idi ki, nəticə etibarilə təmiz su itkisinə səbəb olmaqla yanaşı, yol boyu hərəkəti dayandırmışdı. Halbuki sızmanın qarşısını alan cihazların quraşdırılması bununla bağlı halların qarşısını tam almağa imkan verir. İnnovasiyaları təmin etmək üçün vəsait ayırmaq lazımdır. Almaniya şirkətlərini inandırmaq çətindir. Onlar deyirlər ki, struktur şəffaf olmalıdır, ona görə Azərbaycandan olan tərəfdaşlara o cümlədən “Azərsu” ASC-yə səslənərək demək istəyirəm ki, gəlin səylərimizi birləşdirməklə şəffaf və təmiz içməli su təminatına nail olaq”, - o deyib./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar