Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycandan Rusiyaya kartof ixracına qadağa qoyula bilər

Tarix: 28-07-2021 20:23     Baxış: 4167 A- / A+
Azərbaycandan Rusiyaya kartof ixracına qadağa qoyula bilər

Azərbaycandan Rusiyaya kartof ixracına müvəqqəti məhdudiyyət tətbiq edilə bilər.

Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor”) bu barədə məlumat verib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə "Rosselxoznadzor” arasında video-konfrans baş tutub. Görüş zamanı Avrasiya İqtisadi İttifaqına üzv ölkələrdə iki kartof partiyasında qəhvəyi bakterial kartof çürüklərinin müəyyənləşdirilməsi barədə məlumat verillib.

Xidmət azərbaycanlı həmkarlarından bu halın səbəblərini öyrənmək üçün araşdırma aparmağı, eləcə də, Rusiya Federasiyası ərazisinə göndərilən tərəvəzlərə nəzarəti gücləndirmələrini xahiş edib.

Qeyd edilib ki, Avrasiya İqtisadi İttifaqının tələblərinə uyğun olaraq, Rusiya ərazisinə kartof tədarükü yalnız göstərilən patogendən azad zonalardan, yerlərdən, istehsal sahələrindən mümkündür, buna görə qəhvəyi bakteriya çürüməsinin aşkar edildiyi istehsal sahələrindən məhsul tədarükü qəbuledilməzdir.

Rusiya tərəfi xəbərdarlıq edib ki, sonradan Rusiyaya göndərilən məhsul partiyalarında müvafiq hal aşkar edilərsə, Azərbaycandan Rusiyaya kartof ixracına müvəqqəti məhdudiyyət tətbiq edilə bilər.

Həmçinin Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi arasında pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi sahəsində əməkdaşlıq haqqında saziş layihəsini müzakirə ediblər.oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar