Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
07-11-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan iqtisadiyyatı bu ilin birinci yarısını artımla başa vurdu

Tarix: 16-07-2021 10:57     Baxış: 3239 A- / A+
Azərbaycan iqtisadiyyatı bu ilin birinci yarısını artımla başa vurdu

"Azərbaycan iqtisadiyyatı bu ilin birinci yarısını artımla başa vurub”.


Manevr.az bildirir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Dövlət Statistika Komitəsinin 2021-ci ilin yanvar-iyun aylarında ölkədə 39 milyard 915 milyon manatlıq ümumi daxili məhsul istehal olunması ilə bağlı məlumatına aydınlıq gətirərkən deyib. Deputatın fikrincə, bu əvvəlki ilin eyni dövrüylə müqayisədə 2,1 faiz artım deməkdir:

"Bu ilin ilk yarısında iqtisadi artım qeyri-neft sektoru hesabına baş verib. Belə ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,7 faiz azalsa da, qeyri neft-qaz sektorunda isə 5,1 faiz artıb”.

Deputat bildirib ki, qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsi həmçinin bu ilin yanvar ayından sonra sərt karantin tədbirlərinin tətbiq edilməməsi və yumşalmalara gedilməsi ilə bağlıdır:

"Məhdudiyyətlərin azaldılması iqtisadi aktivliyə müsbət təsir göstərməklə yanaşı, həmçinin məşğulluğun təmini baxımdan da vacibdir. Bu kontekstdən vaksinasiya səviyyəsi yüksələrsə, yoluxma sayı optimallaşarsa real sektorda məhdudiyyətlərin tətbiqinə yenidən ehtiyac yaranmaz və bu da iqtisadiyyatdakı artım tempinin növbəti aylarda da qorunub saxlanmasına imkan verər”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar