Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Zəngilan və Laçın hava limanlarının tikintisi üçün hazırlıq işləri aparılır

Tarix: 15-07-2021 13:10     Baxış: 3239 A- / A+
Zəngilan və Laçın hava limanlarının tikintisi üçün hazırlıq işləri aparılır

Füzuli Hava Limanında tikinti və quraşdırma işləri sürətlə aparılır və ilin sonuna qədər hava limanına ilk uçuşlar planlaşdırılır, eyni zamanda Zəngilan və Laçın hava limanlarının tikintisinə başlanılması üçün hazırlıq və mobilizasiya işləri aparılır.

Manevr.az xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclasında məlumat verilib.

İclasda həmçinin Qarabağ bölgəsinin ölkə və region iqtisadiyyatına reinteqrasiyası baxımından xüsusi əhəmiyyətli olan Horadiz-Ağbənd və Bərdə-Ağdam dəmir yolu xətlərinin, eləcə də Əhmədbəyli-Füzuli-Şuşa (Zəfər yolu), Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Qubadlı-Laçın və s. avtomobil yollarının tikintisi üzrə görülən işlər barədə məlumatlar verilib./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar