Xəbər lenti
"Bakı Metropoliteni"nin yığılmış zərəri YARIM MİLYARDI ÖTDÜ

“Bakı Metropoliteni” QSC 2020-ci ili 83,543 milyon manat zərərlə başa vurub.
Manevr.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 51,7% çoxdur.
Son nəticədə səhmdar cəmiyyətinin yığılmış zərəri 17,35% artaraq 565,24 milyon manata çatıb.
Ötən il “Bakı Metropoliteni”nin sərnişindaşımadan gəlirləri 21,623 milyon manat (əvvəlki ilə nisbətən 68,6% az), dövlət büdcəsindən aldığı dotasiya 67,679 milyon manat (37% çox), sair əməliyyat gəlirləri 3,534 milyon manat (38,1% az), istifadə etdiyi material ehtiyatlarının dəyəri 4,928 milyon manat (22,8% az), istifadə etdiyi neft məhsullarının dəyəri 680 min manat (9,3% çox), istifadə etdiyi elektrik enerjisinin dəyəri 6,628 milyon manat (40,9% az), istifadə etdiyi qazın dəyəri 168 min manat (2,3% az), istifadə etdiyi suyun dəyəri 4,156 milyon manat (0,8% çox), işçi heyəti üzrə xərcləri 44,66 milyon manat (3,1% az), torpaq, tikinti və avadanlıqlar üzrə amortizasiya xərcləri 103,413 milyon manat (7,9% çox), qeyri-maddi aktivləri üzrə amortizasiya xərcləri 179 min manat (17,8% çox), tikinti və avadanlıqlarının qalıq dəyəri 666 min manat (44,8% çox), digər xərcləri 7,532 milyon manat (19,15% az), sair əməliyyat xərcləri isə 3,37 milyon manat (29,1% az) təşkil edib.
Bu il yanvarın 1-nə “Bakı Metropoliteni”nin aktivləri 2 513,284 milyon manat olub ki, bu da illik müqayisədə 2,5% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 9% artaraq 58,917 manata, balans kapitalı isə 2,4% artaraq 2 454,367 milyon manata, o cümlədən nizamnamə kapitalı 4,9% artaraq 3 019,606 milyon manata çatıb. ("report")
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































