Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan iqtisadiyyatına ən çox töhfə verən ÖLKƏLƏR - ŞƏKİL

Tarix: 17-06-2021 20:46     Baxış: 3323 A- / A+
Azərbaycan iqtisadiyyatına ən çox töhfə verən ÖLKƏLƏR - ŞƏKİL

2021-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa investisiyaların həcmi artıb.


Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, müvafiq dövr ərzində Azərbaycan iqtisadiyyatına xarici ölkələrdən 1 400 904 000 dollar investisiya yönləndirilib. Bu isə 2020-ci ilin birinci rübü ilə müqayisədə 212 653 000 dollar və ya 17,9 faiz çoxdur.

Ötən dövrdə ölkəmizə ən çox investisiya yatıran ölkə Birləşmiş Krallıq olub. Buradan Azərbaycana 512 865 000 dollar vəsait cəlb edilib. Vəsaitin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz artıb. İkinci iqtisadiyyatımıza ən çox dəstək olan ölkə isə Türkiyədir. Azərbaycana Türkiyədən 211 953 000 dollar sərmayə qoyulub ki, bu da illik müqayisədə 56,2 faiz çoxdur. Vəsaitin həcminə görə siyahıda növbəti ölkə - Malayziyadan Azərbaycana investisiya qoyuluşu isə 2 dəfə artıb və 135 488 000 dollar olub.

İlin birinci rübündə Azərbaycana ən çox sərmayə qoyan 10 ölkə aşağıdakı kimi sıralanıb:

Azərbaycan iqtisadiyyatına ən çox töhfə verən ÖLKƏLƏR - ŞƏKİL


Qeyd edilən ölkələrdən Azərbaycana cəlb edilən investisiyalar ümumi sərmayə qoyuluşu həcminin 94,1 faizini təşkil edərək 1 318 302 000 dollara bərabər olub. Bu isə müvafiq ölkələr üzrə ötən ilin eyni dövründə cəlb edilən vəsaitlərdən 332 893 000 dollar və ya 33,8 faiz çoxdur.

Siyahıda adı qeyd edilən ölkələrlə yanaşı İtaliya, Rusiya, Hindistan, Niderland, İspaniya, Almaniya, Latviya, Lüksemburq, İsveçrə, Çexiya, Qazaxıstan, Fransa, Kanada, Belçika, Koreya, Qətər, Macarıstan və digər dövlətlər tərəfindən də investisiyalar edilib.oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar