Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyə ilə ticarət əməliyyatlarının həcmi 5 milyard dollara çatacaq

Tarix: 16-06-2021 15:04     Baxış: 398 A- / A+
Türkiyə ilə ticarət əməliyyatlarının həcmi 5 milyard dollara çatacaq


Azərbaycan ilə Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsində nəzərdə tutulan mühüm əməkdaşlıq sahələrindən biri də ticarət-iqtisadi münasibətlərin inkişafı ilə bağlıdır. Bəyannamədə qeyd edilir ki, tərəflər ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatlarının və ixracın şaxələndirilməsi, eləcə də perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün daha əlverişli şəraitin inkişaf etdirilməsi istiqamətində səylərini artıracaq. Bu xüsusda Azərbaycan və Türkiyə malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində tədbirlər görüləcək.


Manevr.az
bildirir ki, son illərdə iki ölkə arasında ticarət əlaqələri artan dinamika ilə inkişaf edir. Ticarət dövriyyəsinə dair göstəricilərin illər üzrə müqayisəsindən belə məlum olur ki, iki ölkənin ticarət əməliyyatlarının həcmini artırmaq üçün potensial böyükdür. Əgər belə olmasaydı, 2015-2019-cu illərdə ticarət dövriyyəsi 3 dəfədən çox artmazdı. İki ölkə arasında 2015-ci ildə ticarət dövriyyəsi 1,475 milyard dollar idi və cəmi dövriyyənin 7,15 faizi Türkiyə ilə idi. Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşları arasında 4-cü sırada qərar tuturdu. Amma 2019-cu ilin yekununda Türkiyə ilə xarici ticarətin həcmi 4,51 milyard dollara yüksəldi. Həmin ildə Azərbaycan ümumi ticarətin 13,54 faizini Türkiyə ilə aparmışdı və qardaş ölkə əsas ticarət tərəfdaşları arasında ikinci sıraya yüksəlmişdi.

2020-ci ildə pandemiya ilə əlaqədar tələb zəiflədiyindən xarici ticarət əməliyyatlarının da həcmi azaldı. Buna müvafiq olaraq Türkiyə ilə də ticarət dövriyyəsi kiçildi və ötən il ticarət dövriyyəsinin həcmi 4,16 milyard dollara qədər gerilədi. Lakin digər ölkələrlə olan ticarət daha çox azaldığından Türkiyə ilə ticarətin ümumi ticarətdəki payı 17 faizə yüksəldi ki, bu da Türkiyə ilə ticarətdə olan ən yüksək göstərici hesab edilir.

2020-ci ilin yanvar-may ayları ərzində Türkiyə ilə ticarətin həcmi 1,867 milyard dollar olmaqla cəmi ticarətin 15,8 faizini formalaşdırıb. Ötən ilin eyni dövrünə nisbətən ticarət dövriyyəsində kiçik artım var. Türkiyə ilə ticarətdəki artım tələbin hələ 2019-cu ildəki səviyyəyə çatmadığı şəraitdə baş verir. Ticarətin həcmindəki artım dinamikası qalarsa, tələb güclənərsə, bu ilin sonunda Türkiyə ilə ticarət əməliyyatlarının həcminin 5 milyard dollara çatması realdır.

Türkiyə ilə ticarətin artmasına bu ilin martın 1-dən qüvvəyə minən Preferensial Ticarət Sazişi də kömək edəcək. Saziş 15 mal qrupunu əhatə edir və onun iki ölkə arasında ticarət dövriyyəsini artıracağı gözlənilir. Daha uzunmüddətli dövrdə isə ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdirilib.

Türkiyə ilə Azərbaycan arasında ticarətin böyüməsinin əsas müsbət cəhətlərindən biri qeyri neft-qaz ixracının genişlənməsi ilə bağlıdır. Qardaş ölkə Azərbaycanən qeyri neft-qaz mallarının ticarətində əsas tərəfdaş ölkələrdən biridir. 2021-ci ilin 5 ayının nəticələrinə əsasən, qeyri neft-qaz mallarının ixracı 900 milyon dolları ötüb və burada Türkiyənin payı 28,1 faiz təşkil edib. Türkiyə bu göstəriciyə görə yalnız Rusiyadan geri qalır.

Şuşa Bəyannaməsi qarşılıqlı sərmayə qoyuluşunun artmasına da dəstək olacaq. Türkiyə Azərbaycanda daha çox qeyri-neft sektoruna, Azərbaycan isə Türkiyədə, energetika və kimya sahələrinə sərmayə qoyur. Türkiyədən Azərbaycana investisiya qoyuluşları 12 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları 19,5 milyard dollardır. Növbəti illərdə qarşılıqlı sərmayələrin artması, müştərək şirkətlərin yaradılması imkanları genişlənəcək. /sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar