Sizin Reklam Burada
Xəbər lenti
19-08-2025
18-08-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiya Türkiyədən pomidor idxalı kvotasını artırdı, Azərbaycan 31 milyon dollar itirdi

Tarix: 01-06-2021 12:59     Baxış: 3164 A- / A+
Rusiya Türkiyədən pomidor idxalı kvotasını artırdı, Azərbaycan 31 milyon dollar itirdi


Rusiyanın Azərbaycandan pomidor idxalını azaltmasının səbəbləri bəlli olur. Şimal qonşumuz Türkiyəyə daha böyük miqdarda pomidor ixracına imkan yaradır ki, bu da digər ölkələrdən pomidor alışını azaldır.

Yeni qərara əsasən Rusiya Türkiyədən pomidorun idxalının həcminə tətbiq etdiyi illik kvotanı daha 50 min ton və ya 20 % artıraraq 250 min tondan 300 min tona çatdırıb.

Manevr.az xatırladır ki, Rusiya 2015-ci ildə iki ölkə arasında yaranmış siyasi böhrandan sonra Türkiyə pomidoruna qarşı embarqo tətbiq etmişdi. 2017-ci ildə embarqo götürülsə də, 100 min tonluq kvota tətbiq edilmiş, sonradan bu rəqəm 200 min tona, ötən ilin dekabr ayında isə 250 min tona çatdırılmışdı.

Türkiyəyə qarşı sanksiyanın tətbiq edilməsinin ardınca Azərbaycanın Rusiyaya pomidor ixracı kəskin artmışdı. Amma Türkiyə ilə münasibətlər normallaşdığından pomidor idxalı yenidən artır və bu, digər ölkələrdən idxalın azalmasına gətirib çıxarır.

2021-ci ilin yanvar-aprel aylarında Azərbaycan Rusiyaya 36,7 min ton pomidor satıb. 2020-ci ilin yanvar-aprel aylarında ixracın miqdarı 59 min ton idi. Ötən illə müqayisədə pomidor ixracının miqdarı 62,2 faiz və ya 22,3 min ton azalıb. Miqdarın azalması dəyər ifadəsində də azalmaya səbəb olub. Bu ilin ilk 4 ayında 42,3 milyon dollarlıq pomidor satılıb ki, bu da 31 milyon dollar azalmadır. /sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar