Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Manatın devalvasiyası qaçılmazdır" - AÇIQLAMA

Tarix: 02-05-2021 07:30     Baxış: 3247 A- / A+
"Manatın devalvasiyası qaçılmazdır"

“Mərkəzi Bankın pulun üzərində diktaturanı inzibati yollarla gücləndirmək siyasəti Azərbaycana xarici sərmayə qoyuluşunda maneələri daha da artırır. Belə ki, ötən ilin əvvəlindən başlayaraq, hər bir Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsilə 20 min manat ekvivalentində (11 min 750 dollar) xarici valyuta satışı həyata keçirilirdi.
12 ay ərzində bu limiti keçənlərə banklar tərəfindən xarici valyuta satılmırdı, onlara tezliklə balansın sıfırlanacaqı və yenidən satışın bərpa ediləcəyi bildirilmişdi. Lakin 12 ay müddəti başa çatsa da, limiti aşan vətəndaşlara bildirilir ki, balans Mərkəzi Bank tərəfindən sıfırlanmayıb, bu səbəbdən də onlara dollar satılmır. Belə yanaşma əhali arasında dollar ajiotajı yaradır, qara valyuta bazarları yenidən aktivləşir, devalvasiya söhbətləri də artır”.

Bunu ekspert Qubad İbadoğlu deyib.

“Görünür ki, Mərkəzi Bank bununla əhalinin dollara tələbatını süni sürətdə aşağı salır. Əslində əhali arasında dollara tələbat pandemiya ilə əlaqədar olaraq xarici səfərlərin azalması səbəbindən aşağıdır. Bəs, onda Mərkəzi Bank nədən narahatdır? Bu il Azərbaycanda xarici borclara xidmət üzrə öhdəliklərinin bütün səviyyələrdə (dövlət, özəl) kəskin artımı müşahidə olunur. Bu tendensiya növbəti illərdə daha da güclənəcək. Odur ki, manatın devalvasiyası qaçılmazdır, sadəcə zamanın məsələsidir” – Q.İbadoğlu qeyd edib. pravda.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar