Sizin Reklam Burada
Xəbər lenti
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

Növbəti illərdə dünya iqtisadiyyatını kimlər yönəldəcək? - İNANILMAZ DƏYİŞİKLİK

Tarix: 08-02-2017 12:27     Baxış: 4263 A- / A+
Növbəti illərdə dünya iqtisadiyyatını kimlər yönəldəcək?


PwC “Uzun vədəli görünüş: Qlobal iqtisadi nizam 2050-ci ildə necə dəyişəcək?" adlı hesabatını açıqlayıb.
Manevr.az xəbər verir ki, hesabatda 32 ölkənin alıcılıq qabiliyyətinə görə ümumi daxili məhsul göstəriciləri yer alıb. Alıcılıq qabiliyyəti iqtisadçılar tərəfindən müəyyən bir zaman kəsiyində ölkələrin iqtisadi məhsuldarlıq və həyat standartlarını müəyyən etmək məqsədilə istifadə edilir.
PwC-nin araşdırmalarına görə, dünyanın ən böyük iqtisadiyyatlarının siyahısında 14-cü olan Türkiyə 2030-ci ildə 12-ci, 2050-ci ildə isə 11-ci sıraya yüksələcək. PwC 2016-cı ildə Türkiyənin ÜDM-ni 1.9 trilyon dollar hesablamışdı. Qurum bu rəqəmin 2030-cu ildə 3 trilyon dollara, 2050-ci ildə isə 5 trilyon dollara yüksələcəyini bildirib. Türkiyə beləcə Fransa, İtalya və Cənubi Koreyanı geridə qoyacaq. Hesabata görə, gələcək 30 ildə qlobal iqtisadiyyatı Çin istiqamətləndirəcək. ABŞ iqtisadiyyatı isə 2050-ci ildə ikinciliyi Hindistana verib, üçüncülüyə geriləyəcək. 2050-ci ildə Çində ÜDM 58 trilyon dollar, Hindistanda 44 trilyon dollar, ABŞ-da 34.1 trilyon dollar təşkil edəcək. 2042-ci ildə qlobal iqtisadiyyat bu günkündən iki qat böyük olacaq. 2016-cı illə 2050-ci il arasında qlobal iqtisadiyyat ortalama 2.5 faiz böyüyəcək. Bu böyümənin mühərriki isə inkişaf etməkdə olan ölkələr olacaq. Çin, Hindistan, Braziliya, Rusiya, İndoneziya, Meksika və Türkiyənin daxil olduğu E7 ölkələri 2050-ci ilə qədər hər il ortalama 3.5 faiz böyüyəcək. ABŞ, Kanada, Fransa, Almaniya, İtaliya, İngiltərə və Yaponiyanın daxil olduğu G 7 ölkələrinin orta artımı isə 1.6 faizdə qalacaq.
2050-ci ilin ən böyük iqtisadiyyatları isə aşağıdakı kimi sıralanacaq:

Çin: 2050:1 - 2016:1
Hindistan: 2050: 2 - 2016: 3
ABŞ: 2050: 3 - 2016: 2
İndoneziya: 2050: 4 - 2016: 8
Braziliya: 2050: 5 - 2016: 7
Rusiya: 2050: 6 - 2016: 6
Meksika: 2050: 7 - 2016: 11
Yaponiya: 2050: 8 - 2016: 4
Almaniya: 2050: 9 - 2016: 5
İngiltərə: 2050: 10 - 2016: 9
Türkiyə: 2050: 11 - 2016: 14
Fransa: 2050: 12 - 2016: 10
Səudiyyə Ərəbistanı: 2050: 13 - 2016: 15
Nigeriya: 2050: 14 - 2016: 22
Misir: 2050: 15 - 2016: 21
Pakistan: 2050: 16 - 2016: 24
İran: 2050: 17 - 2016: 18
Cənubi Koreya: 2050: 18 - 2016: 13
Filipin: 2050: 19 - 2016: 28
Vyetnam: 2050: 20 - 2016: 21
Publika.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar