Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ölkədə dollar ajiotajı - Devalvasiya gözlənilirmi? (ŞƏRH)

Tarix: 12-01-2021 18:22     Baxış: 3137 A- / A+
Ölkədə dollar ajiotajı - Devalvasiya gözlənilirmi? (ŞƏRH)

Ölkədə dollar ajiotajı yaranıb. Artıq qara bazarda dolların 1,74 manata satılması ilə bağlı həyəcanlı xəbərlər yayılmaqdadır. Mərkəzi Bank isə bu gün yaydığı açıqlamada narahatlıq üçün əsas olmadığını bildirib:

"Son günlər manatın ucuzlaşması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə gedən əsassız xəbərlərin fonunda formalaşan gözlənti nağd valyuta bazarında müəyyən tələbi şərtləndirib ki, bu da valyuta hərracında tələbin nisbətən artmasına təsir edib. Lakin neftin qiymətinin ötən illə müqayisədə artdığını, OPEC+ son toplantısında neft hasilatı ilə bağlı müsbət qərarların qəbul olunduğunu, bütün dünyada artıq COVID-19 virusuna qarşı vaksinasiya proqramlarının başlandığını və Dövlət Neft Fondunun əhəmiyyətli məbləğdə transfertlərini nəzərə alaraq qeyd edirik ki, manatın ucuzlaşması ilə bağlı iddialar əsassızdır. Bu baxımdan hesab edirik ki, nağd valyuta ilə bağlı artan tələb müvəqqəti xarakter daşıyır və qısa zamanda səngiyəcəkdir”.

Manevr.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli qaynarinfo-ya verdiyi açıqlamada bu il üçün devalvasiya ehtimallarını dəyərləndirib. Onun sözlərinə görə, devalvasiya üçün iqtisadi əsaslar olsa da, Azərbaycanda manatın məzənnəsinin azalacağını proqnozlaşdırmaq çətindir:
Ölkədə dollar ajiotajı - Devalvasiya gözlənilirmi? (ŞƏRH)

"Çünki devalvasiya siyasi qərarla tənzimlənir. İqtisadi məsələ deyil ki, hansısa iqtisadi parametrlərlə ölçülməsi mümkün olsun. Azərbaycanda inzibatı məzənnə rejimidir. Ona görə də devalvasiya ilə bağlı siyasi qərar verilir. Gözlənti varmı və buna əsas varmı? Əlbəttə, var. Bunun üçün kifayət qədər əsas var. Həm qonşu ölkələrin milli valyutalarının dəyərdən düşməsi, neftin qiymətlərinin oynaq olması, 2020-də Azərbaycanın xarici ticarət balansı ilə bağlı kifayət qədər mənfi göstəricilər və s. bu kimi iqtisadi əsaslar var. Amma devalvasiya hakimiyyətin alacağı siyasi qərardan asılı olacaq. Zamanlama problemi var. Yəni siyasi qərar olacağı üçün, devalvasiyanın nə vaxt olacağı bilinmir. Fikrimcə, yaxın gələcəkdə manatın məzənnəsi ilə bağlı qaçılmaz bir vəziyyət yaranacaq ki, hakimiyyət bu istiqamətdə müəyyən addımlar atacaq. Bunun nə vaxt olcağını söyləmək çətindir. Bu qərarverənlərdən asılıdır”.

Ekspert hesab edir ki, ölkədə dollar qıtlığı yaratmaqla, dollar satışına əngəllər yaratmaqla devalvasiyanın qarşısını almaq çox səhv yanaşmadır:

"Bu, qara bazarın da çiçəklənməsinə səbəb olur. İş adamlarına da zərbə vurur. Devalvasiya olmayacaq deyən Mərkəzi Bank bu zaman ölkənin bütün banklarında və valyutadəyişmə məntəqələrində limitsiz valyuta satışına imkan yaratmalıdır. Əgər bu imkan yaradılmırsa, deməli, devalvasiya gözləntilərini özləri formalaşdırır…”

İqtisadçı ekspert Samir Əliyev də hesab edir ki, yaxın aylarda devalvasiya gözlənilmir:

"Ən azı I rübdə məzənnə dəyişikliyi gözləmirəm. Sonrakı dövrlərdə dünyada və ölkədə gedən proseslərə uyğun olaraq gözləntimizi korrektə edə bilərik”.
Ekspertin fikrincə, manatın məzənnəsini sabit saxlamaq üçün Mərkəzi Bankın kifayət qədər resursu var:

"Ancaq bunun nə qədər məqsədəuyğun olub-olmadığı müzakirə edilməlidir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar