Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistandan enerji təhlükəsizliyində xüsusi rolu olan Rusiyaya zərbə - TƏHLİL

Tarix: 14-10-2020 12:51     Baxış: 3142 A- / A+
Ermənistandan enerji təhlükəsizliyində xüsusi rolu olan Rusiyaya zərbə - TƏHLİL

Təbii ehtiyatlarla zəngin olmayan, məhdud enerji qaynaqlarına malik Ermənistanda daxili enerji mənbələri enerji tələbatının cəmi 30-35 faizini təmin edir. Enerji mənbələri əsasən Rusiya, İran və Avropa ölkələrindən idxal olunur.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Ermənistanda ümumi enerji təchizatının 57 faizi təbii qaz, 20 faizi nüvə yanacağı, 11 faizi bərpa olunan enerji mənbələri, 10 faizi neft və 2 faizi kömür və digər mənbələr hesabına həyata keçirilir. Ölkədə təsdiqlənən neft və ya təbii qaz ehtiyatları yoxdur və ölkə idxaldan asılıdır. Neft və neft məhsulları əsasən Gürcüstan, İran, Rusiya və bəzi Avropa ölkələrindən idxal olunur.

Təbii qaz Rusiyadan Gürcüstan ərazisindən tranzit keçən boru kəmərilə və elektrik enerjisi əvəzinə barter müqaviləsi əsasında İrandan idxal olunur. Eyni zamanda, nüvə yanacağının da Ermənistan üçün əsas təchizatçısı Rusiyadır. Əsas sərhədyanı qonşu ölkələrlə (Azərbaycan və Türkiyə) siyasi münasibətlərin gərgin olması nəticəsində enerji şəbəkələrinin sinxronlaşdırılmaması, Azərbaycan və Türkiyə bazarlarının Ermənistan üçün bağlı olması ölkənin elektrik enerjisi ixracına ciddi mənfi təsir göstərir.

Vurğulanıb ki, ölkənin əsas elektrik istehsalı müəssisəsi olan Metsamor stansiyası təkcə Ermənistan üçün deyil bütün region üçün təhlükəli hesab olunur və istismardan çıxarılması ilə əlaqədar Ermənistana beynəlxalq təzyiqlər mövcuddur. Bununla belə, Ermənistan hökuməti bu stansiyanı bağlamaq istəmir və stansiyanın istismar müddətinin 2028-ci ilə qədər uzadılması məqsədilə tələb olunan təxminən 300 milyon ABŞ dolları vəsaiti Rusiya krediti hesabına maliyyələşdiriləcək.

Ermənistan isə öz növbəsində Rusiyadan daha çox qaz idxal etməmək məqsədilə region üçün ekoloji təhdid hesab olunan Metsamor stansiyasının fəaliyyətini davam etdirməsinə üstünlük verir. Ölkənin daxili bazarında təbii qazın nəqli, saxlanması, paylanması və satışı ilə bağlı bütün xidmətlər Rusiyanın Qazprom şirkətinin 100 faiz törəmə müəssisə olan “Qazprom Armenia” tərəfindən göstərilir. 2014-cü ilin yanvarından etibarən bu şirkət Ermənistan hökumətinin nəzarətində olan son 20 faizlik payı satın alaraq ölkədə vahid qaz təchizatçısına çevrilib. Ermənistanın elektrik enerjisinə olan tələbatının 2019-cu il üzrə təxminən 40 faizini təmin edən istilik elektrik stansiyaları təbii qazla işləyir və bu da Ermənistanı idxal olunan rus qazından asılı vəziyyətə gətirir.

Həmçinin, Ermənistana qaz təchizatının əsasən 2 boru kəməri vasitəsilə həyata keçirildiyi vurğulanıb: İran-Ermənistan qaz kəməri və Rusiya-Gürcüstan-Ermənistan boru kəməri. Lakin ölkənin qaz təchizatının Rusiya şirkətinin inhisarına keçməsi İran qazına olan marağı azaldıb.

Qeyd edilib ki, Ermənistan üçün Rusiya qazı tarixən güzəştli şərtlərlə, Rusiyanın Avropaya satdığı qazdan təxminən 50 faiz daha ucuz qiymətə satılıb. 2020-ci ilin 1-cü rübündən etibarən qaz tarifləri kəskin ucuzlaşıb və Rusiyanın Avropaya satdığı təbii qazın qiyməti hər 1000 kub metr üçün 65-87 ABŞ dolları səviyyəsində dəyişıb ki, bu da Ermənistana satılan qazın dəyərindən 2-2.5 dəfə aşağı qiymət olub. Belə olan halda Ermənistan daha ucuz qaz əldə etmək üçün İranla danışıqlara başlanılması və ya Rusiya ilə tariflərin yenidən nəzərdən keçirilməsi məsələsini qaldırıb. Bu isə Ermənistanın enerji təchizatında və təhlükəsizliyində daima xüsusi rol oynayan Rusiyaya Ermənistan tərəfindən vurulan zərbə kimi qiymətləndirilib.

Təhlil göstərir ki, hər bir ölkə üçün iqtisadi təhlükəsizliyin əsas komponenti olan enerji təhlükəsizliyi Ermənistanda təmin edilməyib.

Ermənistanın enerji təhlükəsizliyi bütün region üçün ekoloji təhdid sayılan Metsamor stansiyası üzərində qurulub. Metsamor stansiyasının əvəzlənməsi nəticəsində yaranacaq enerji defisitinin qısa müddətdə təmin olunması yalnız istilik elektrik stansiyalarının hesabına mümkündür. Ermənistan isə stansiyanın istismar müddətini uzatmaqla Rusiyadan daha çox qaz almaq və qazdan asılılığını daha da artırmaq istəmir.

Əlavə edilib ki, ölkənin tez-tez dəyişən xarici siyasət kursu beynəlxalq səviyyədə Ermənistana dair etibarsız tərəfdaş imici formalaşıb və bu da enerji təhlükəsizliyi məsələsini daim sual altında saxlayır. Ermənistanın sərgilədiyi sürüşkən siyası mövqe və təcavüz siyasəti ölkəni mühüm regional və qlobal enerji layihələrindən kənarda qoyub və Ermənistan coğrafi baxımdan əlverişli tranzit imkanlarından məhrum olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar