Sizin Reklam Burada
Xəbər lenti
26-08-2025
25-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda taksi xidməti bahalaşdı

Tarix: 09-09-2020 10:53     Baxış: 4337 A- / A+
Bakıda taksi xidməti bahalaşdı

Son günlərin gündəm mövzularından biri də taksilərdir.

Belə ki, həm keyfiyyətli xidmət, həm də sərfəli qiymət axtarışında olan sərnişinlərin dediyinə görə, "1 manatlıq" taksilərin ləğvinə dair müzakirədən sonra taksi qiymətlərində artım müşahidə olunub.

Rəsmilərin fikrincə, "1 manatlıq" taksilər əhali üçün əlverişli olsa da, keyfiyyətin azalmasına gətirib çıxarır.

Manevr.az xəbər verir ki, cebhe.info hazırda bazardakı mövcud durumu öyrənib.

Belə ki, dünəndən bəri bizim də müşahidələrimizə əsasən, "Bolt" , "Uber" , *2111, *9933 taksi xidmətlərinin qiymətləri ötən günlərə nisbətən artıb.

Bəzi taksi xidmətlərində artım 40-60 qəpik civarında dəyişib. Məsələn, əvvəllər şəhərin "28 May” metrosu ətrafından "Ağşəhər”ə qədər olan məsafəni 3 manat 30 qəpiyə gedən taksilərə indi 3 manat 80 qəpik ödəmək lazımdır. Əksər istiqamətlər üzrə qiymətlərdə belə artım var.

Əsas artım isə həftəsonu müşahidə olunur. Belə ki, həftəsonu ictimai nəqliyyat işləmədiyindən, taksi xidmətinə tələbat artır və bu, bahalaşmaya səbəb olur. Xüsusilə də isti və günəşli havanın müşahidə olunduğu həftəsonu çimərliklərə gedənlərin say çoxluğu qiymətlərə təsir edir. Taksilər ucuz tarifə qısa məsafəni yox, baha qiymətə olan uzun məsafəni seçdiyindən, taksi çatışmazlığı da hiss olunur.

"Bolt" taksi sürücüsü Cebhe.info əməkdaşı ilə söhbətində bildirib ki, qiymətlərə standart tarif tətbiq edilib. Belə olan halda gediş haqqı məsafədən asılı olaraq, həm də pik saatlara uyğun olaraq tənzimlənib: "Əgər söhbət qiymət artımı olsaydı, sərnişinlərə xəbərdarlıq ediləcəkdi”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar