Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Millət vəkili: "Taksi qiymətlərini bahalaşdırmaq olmaz"

Tarix: 06-09-2020 17:26     Baxış: 3320 A- / A+
Millət vəkili: "Taksi qiymətlərini bahalaşdırmaq olmaz"

"Bakı Nəqliyyat Agentliyinin (BNA) keçmiş şöbə müdiri Hikmət Babayevin "taksidən yalnız imkanlı adamlar istifdə etməlidir" fikir ilə razı deyiləm. Çünki taksi hamı üçündür. İstənilən şəxs vacib işi olanda və ya istədiyi vaxt taksidən istifadə edə bilər”.

Manevr.az xəbər verir ki, bu sözləri redaktor.az-a millət vəkili Vahid Əhmədov son günlər müzakirə olunan vahid taksi qiymətləri ilə bağlı danışarkən deyib. O, vahid qiymətlə bağlı bir sıra məsələlərə toxunub:

"Birincisi, taksilərdə xidmət səviyyəsi çox aşağıdır. Hesab edirəm ki, əvvəlcə bu məsələyə baxmaq lazımdır. Çünki xidmət yüksək səviyyədə olmalıdır ki, insanlar bundan razı qalsınlar.

İkincisi, tariflər elə hazırlanmalıdır ki, nə sürücülər, nə də vətəndaşlar bundan əziyyət çəksin. Yəni, tarifi yüksək məbləğdə qəbul etmək olmaz.

Üçüncüsü, bu gün ölkəmizə kifayət qədər taksilər gətirilib. Taksi fəaliyyətinə yaramayan taksilər dövrüyədən çıxarımalı, ölkəyə gətirilən taksilər uyğun qiymətlərlə fəaliyyət göstərməlidir.

Lakin, avtomobili taksi fəaliyyətinə uyğun olmayan şəxslərin iş məsələsi də həll olunmalıdır. Nəzərə almaq lazımdır ki, indi pandemiya dövrüdür, neftin qiyməti aşağı düşür, işsizlik artır və.s. Bu mənadə işsiz adam qalmamalıdır.

Qısacası, bu cür qərarlar dəqiq şəkildə hazırlanmalı və ölkədəki vətəndaşların durumu nəzərə alınmalıdır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar