Sizin Reklam Burada
Xəbər lenti
26-08-2025
25-08-2025
BÜTÜN XƏBƏRLƏR

Dollar dəyər itirir, manat bahalaşacaq?.. - İqtisadçı

Tarix: 01-09-2020 17:37     Baxış: 3444 A- / A+
Dollar dəyər itirir, manat bahalaşacaq?.. - İqtisadçı

“Dollar əksər səbət valyutalara nisbətən dəyər itirməkdədir”.

Manevr.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

O bildirib ki, avro ABŞ dollarına nisbətən möhkəmlənməkdədir: “Avropanın vahid valyutası dollarla müqayisədə son 2 ildə ən yüksək kursla dəyişdirilir. Hazırda avro-dollar məzənnəsi 1.20 psixoloji həddə yaxınlaşıb”.

İqtisadçı hesab edir ki, dolların məzənnəsində azalmalar ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellin bu il avqustun 27-də təşkil olunan Jakson Hole Simpozimundakı çıxışından sonra daha sürətlənməyə başlayıb:

“FED sədri bildirdi ki, monitar siyasətlə bağlı qərarlar zamanı orta inflyasiya hədəf göstəricisindən istifadə olunacaq. Bu isə o deməkdir ki, FED simmetrik göstəricidən artıq istifadə etməyəcək. Dolların zəifləməsi qızıl bazarına da təsirsiz ötüşməyıb. Son bir ayda 24 faiz dəyər qazanan qiymətli metal bu gün daha 2 faiz bahalaşıb. Təbii ki, bütün bunlar heç də dolların kəskin ucuzlaşacağından da xəbər vermir”.

Vüqar Bayramov deyir ki, qlobal bazarda dolların zəifləməsi Azərbaycan milli valyutasının ABŞ puluna nisbətən möhkəmlənməsi anlamına gəlməməlidir: “Tam üzən məzənnəyə keçid başa çatmadığı üçün manatın dollara nisbətən məzənnnəsi növbəti aylarda da birbaşa Mərkəzi Bankı qərarlarından asılı olacaq”./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar