Xəbər lenti
Abşeronda bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır

Nazirlər Kabinetinin qərarına əsasən karantin rejiminin müddətinin avqustun 1-dək uzadılması ilə əlaqədar Abşeron Dairəvi dəmir yolunda Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarının qrafikində dəyişiklik edilib.
Manevr.az xəbər verir ki, qurumdan verilən məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin sayının azalması ilə əlaqədar sabahdan Abşeron dairəvi dəmir yolu xətti üzrə bəzi elektrik qatarlarının hərəkətini müvəqqəti dayandıracaq.
Bildirilir ki, Bakıdan saat 16:20-də yola düşən 6609 Bakı-Pirşağı-Sumqayıt, Bakıdan saat 18:55-də yola düşən 6021 Bakı-Xırdalan-Sumqayıt, Sumqayıtdan saat 17:13-də yola düşən 6018 Sumqayıt-Xırdalan-Bakı və Sumqayıtdan saat 20:43-də yola düşən 6030 Sumqayıt-Xırdalan-Bakı qatarları hərəkətdə olmayacaqlar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































