Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

Vergi ödəmələrinin müddəti uzadılıb

Tarix: 04-05-2020 18:46     Baxış: 3217 A- / A+
Vergi ödəmələrinin müddəti uzadılıb

Ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 31 may tarixinədək uzadılmasını nəzərə alaraq, cari vergi ödəmələrinin müddəti uzadılıb.

Manevr.az xəbər verir ki, Vergilər Nazirliyindən verilən məlumata görə, fəaliyyətinə icazə verilən, o cümlədən regionlar üzrə fəaliyyətinə icazə verilən sahələr üzrə vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların, 2020-ci ilin fevral və mart ayı üçün aylıq hesabatların və 2020-ci ilin birinci rübü üçün rüblük hesabatların, habelə cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergi ödəmələrinin ödənilməsi müddəti 5 may 2020-ci il tarixinə qədər uzadılıb.

Fəaliyyəti məhdudlaşdırılmış, o cümlədən regionlar üzrə fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların, 2020-ci ilin fevral, mart və aprel ayı üçün aylıq hesabatların və 2020-ci ilin birinci rübü üçün rüblük hesabatların, habelə cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergi ödəmələrinin ödənilməsi müddəti 31 may 2020-ci ilə təyin edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar