Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

BTQ ilə rekord uzunluğunda qatar yola salınıb

Tarix: 04-05-2020 15:39     Baxış: 5215 A- / A+
BTQ ilə rekord uzunluğunda qatar yola salınıb


Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə Türkiyədən Gürcüstana rekord uzunluğunda qatar yola salınıb.

Manevr.az xəbər verir ki, bu ilin mayın 3-də ümumi uzunluğu 1 050 metr olan 2 400 ton ağırlığında və 50 vaqonda 100 konteyner daşıyan ixrac qatarı BTQ dəmir yolu xətti ilə Qarsdan Gürcüstana yola düşüb.

Belə ki, Mersin, Kayseri, Ankara, İzmit, İstanbuldan Azərbaycana, Qazaxıstan və Türkmənistana ixrac olunan maşın hissələri, avtomobil məhsulları, kənd təsərrüfatı texnikası, keramika məhsulları və fərdi qulluq məhsulları daşıyan yük qatarı, Türkiyənin xarici ticarətinin bu çətin günlərdə davam etməsini təmin edir.

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar