Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Elman Rüstəmovdan kreditlərlə bağlı mühüm açıqlama - Video

Tarix: 28-04-2020 20:46     Baxış: 3473 A- / A+
Elman Rüstəmovdan kreditlərlə bağlı mühüm açıqlama - Video

Pandemiyadan zərər çəkmiş sahələrə kredit dəstəyi verilməsi üçün ciddi dövlət proqramı var.

Manevr.az xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasına (AzTV) eksklüziv müsahibəsində Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov qeyd edib ki, Mərkəzi Bank hökumətin proqramlarına əsasən banklara imkan verir ki, onlar sentyabrın 30-dək kreditləri restrukturizasiyası etsinlər:

"Sadə dillə desək, banklara kreditlərin ödənilməsi vaxtını uzatmaqla bağlı tövsiyələr verilib. Artıq bu kreditlər Mərkəzi Bank tərəfindən "pis kreditlər" kimi nəzərə alınmır. Bununla bankların da vəziyyəti pisləşməyəcək. Əsas məsələlərdən biri odur ki, əhaliyə heç bir cərimə, dəbbə pulları hesablanmır. Bildiyimiz kimi, hər bir vətəndaşımızın və hüquqi şəxsin kredit tarixçəsi olur. Həmin şəxs növbəti dəfə kredit alanda kredit tarixçəsi olduqca mühümdür. Banklar müraciət edən şəxsin tarixçəsinə baxır ki, həmin adamın kredit tarixçəsi müsbətdir, ya yox. Biz banklara tövsiyə etmişik ki, kredit ödənişinin vaxtı uzadılan şəxslərin kredit tarixçəsi pisləşməsin. Çünki onlar özlərindən asılı olmayan səbəblərdən kredit ödənişi vaxtını uzadırlar".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar