Sizin Reklam Burada
Xəbər lenti
17-08-2025
16-08-2025
BÜTÜN XƏBƏRLƏR

Neft 60 dollara doğru: nə gözlənilir?

Tarix: 03-01-2017 14:05     Baxış: 4265 A- / A+
Neft 60 dollara doğru:

Yeni ilin ilk hərracında “Brent” markalı neftin qiymətində artım başlayıb və son məlumata görə bir barrel neft 57 dollardan baha satılır.

Manevr.az xəbər verir ki, neftin qiymətindəki yeni artıma Qətərin OPEC çərçivəsində əldə edilmiş razılaşmaya uyğun olaraq sutkalıq neft hasilatını 130 min barrel azaltmaq barədə qərarı təsir edib. “Bloomberg”in məlumatına görə Qətər hasilatı azaltmaq qərarını bu gün açıqlayıb. Bundan əvvəl OPEC-ə daxil olmayan ölkələrdən Azərbaycan və Rusiya Vyana razılaşmasına uyğun olaraq hasilatı azaldacaqlarını açıqlayıblar.

Xatırladaq ki, OPEC ölkələrinin və kartelə daxil olmayan digər neft ölkələrinin əldə etdikləri razılaşmalara görə yanvarın 1-dən etibarən sutkalıq neft hasilatı cəmi 1.8 milyon barrel azaldılmalıdır. Hesablamalara görə əgər bu razılaşmalar yerinə yetirilsə bazarda tələbatdan artıq neft aradan qalxacaq və qiymətlərin artımı üçün stimul yaranacaq.

Neft 60 dollara doğru:

Bu baxımdan Yeni ilin ilk günlərində neftin bahalaşmaqda davam edərək 60 dollara çatacağı gözlənilir. Lakin qiymətlərin sonrakı dəyişməsinə hasilatın azaldılmasına dair razılaşmanın necə yerinə yetirilməsi, habelə ABŞ-da neft hasilatına dair rəqəmlər təsir göstərəcək. Proqnozlara görə ABŞ-da şist neftin hasilatı yanvardan etibarən artmalıdır. Habelə ABŞ strateji neft ehtiyatlarının bir hissəsini satışa çıxarmağa hazırlaşır. Bu isə bazarda yenidən neft bolluğu yarada bilər.

Neft 60 dollara doğru:

Əgər neftin qiyməti 60 dollar səviyyəsində stabilləşsə bu, 2017-ci il üçün Azərbaycan iqtisadiyyatında geriləməni dayandırmağa imkan verərdi. Hazırda büdcədə neftin barreli 40 dollardan götürülüb. İl ərzində qiymətlər bundan yuxarı olsa əlavə vəsaitlər Neft Fondunda toplanacaq, nəticədə valyuta ehtiyatları artacaq. Bu da manatın məzənnəsinin sabitləşməsinə kömək etməlidir. Ümumiyyətlə, hökumətin təsdiq etdiyi kimi neftin barrelinin 60-70 dollar arasında olması Azərbaycan üçün münasibdir və bu, tədiyyə balansında kəsirin aradan qaldırılmasına imkan verə bilərdi. Əgər qiymətlər yenidən aşağı düşməsə və artım tempini saxlayıb 60 dolları keçsə istisna deyil ki, hökumət ilin birinci yarısından sonra büdcəyə yenidən baxıb bəzi xərcləri, xüsusən investisiya xərclərini artıracaq. Bu, neftin büdcədəki qiymətinin 40 dollardan 50 dollara qaldırılması hesabına baş verə bilər.(virtualaz.org)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar