Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Fərman: ödədiyiniz məbləğin bu hissəsi geri qayıdacaq

Tarix: 22-03-2020 21:54     Baxış: 4281 A- / A+
Fərman: ödədiyiniz məbləğin bu hissəsi geri qayıdacaq

Bu fərman 3 istiqamətdə çox önəmlidir: həm insanlarımızı kartla ödəniş etməyə sövq edir, çünki bu ödənişdə müəyyən faiz geri qayıdır, həm büdcədən yayınmaların qarşısı alınır, həm də koronavirusun yayılmasına səbəb olan əsginazlardan istifadəni aşağı salır.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında imzaladığı fərmanı şərh edərkən deyib.

Ekspert bildirib ki, koronavirusa qarşı mübarizə çərçivəsində hökumət daha çevik addımlar atır və bu qərarın da tezləşməsinin bir səbəbi budur:

“Ötən il məsələ ilə bağlı bir qərar verilmişdi. Lakin bunun tətbiqi üçün mexanizm yox idi. Yəni əslində biz də gözləyirdik ki, tətbiqi mexanizimlər üzərində işlənsin və tətbiq edilsin.

Hazırkı vəziyyətdə nağd ödənişlər təhlükəlidir və əsginazlar vasitəsi ilə virusa yoluxma halları çox ola bilər. Bu baxımdan nağd ödənişlər azalmalıdır. Ona görə bu, çox yaxşı bir qərardır”.

N.Cəfərli Prezidentin fərmanı ilə nağdsız ödəniş edənlərin qazanacağı məbləği də açıqlayıb:

“Ölkə başçısı 15 gün ərzində bu mexanizmin tədiq edilməsi ilə bağlı göstəriş verib. Əslində bu mexanizim çox da çətin deyil. Məsələn, siz 100 faizlik bir ödəniş edirsinizsə, üzərinə 18 manat əlavə dəyər vergisi gəlir. Bu qərarla 18 manat əlavə dəyər vergisinin 15 faizi sizə geri ödəniləcək. Bu da 2 manat 70 qəpik edir. Yəni hər 100 manatlıq alış-verişə hesablanan əlavə dəyər vergisindən 2 manat 70 qəpik geri qaytarılacaq”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar