Sizin Reklam Burada
Xəbər lenti
08-11-2025
07-11-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan fermerlərinə 51,3 milyon subdidiya ödənilib

Tarix: 06-03-2020 12:08     Baxış: 2181 A- / A+
Azərbaycan fermerlərinə  51,3 milyon subdidiya ödənilib


Bu ilin əvvəlindən indiyə qədər Azərbaycan fermerlərinə payızlıq əkinlərə görə 51,3 milyon manat subdidiya ödənilib.

Manevr.az Kənd Təsərrüfatı Nazirliyinə istinadla xəbər verir ki, bu məbləğ 155 537 fermerə çatıb.

Fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etdikləri torpaq məlumatları və payızlıq əkin bəyanları yoxlandıqca onların adlarına kart sifariş verilir və subsidiya karta köçürülür. Bununla bağlı fermerin mobil telefonuna SMS mesaj, şəxsi kabinetinə isə bildiriş göndərilir.

İndiyə qədər EKTİS-də 474 520 fermer, 596 887 təsərrüfat qeydiyyatdan keçib. Fermerlərdən 361 307-si EKTİS-də 993 718 hektar payızlıq əkin məlumatı bəyan edib.

Əkin sahələri ilə bağlı rəqəm yekun deyil. Bir neçə günə yazlıq əkinlərlə bağlı da fermerlərdən bəyanların toplanmasına başlanılacaq. Proses may ayının sonunadək davam edəcək. Bu müddət ərzində hansısa səbəbdən EKTİS-də qeydiyyatdan keçməmiş, yaxud əkinini bəyan etməmiş fermerlər qeydiyyat və bəyan prosedurunu tamamlaya bilərlər. Gecikmiş müraciətlər də yoxlamaya yönləndiriləcək, yoxlama proseduru başa çatdıqdan subsidiyalar həmin fermerlərin kart hesablarına köçürüləcək.

Fermerlərin növbəti payızlıq əkinlərini bəyan etmə müddəti isə sentyabrın 1-dən başlayacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar