Xəbər lenti
Bu il neft 53% bahalaşıb

Manevr.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,22 dollar artaraq 53,99 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,26 dollar artaraq 57,11 dollar olub.
Sonuncu dəfə Brent markalı neftin qiyməti cari ilin dekabrın 12-də 57 dollar hədini keçə bilib.
Ötən gün ABŞ-ın Energetika Nazirliyi tərəfindən açıqlanan statistikada qeyd edilib ki, ölkənin kommersiya neft ehtiyatları 614 min barrel artıb. Bu, cari ilin yanvar ayından etibarən ən aşağı artım səviyyəsidir. Beləliklə, bu amil neftin bahalaşmasına təkan verib.
Maraqlıdır ki, “Bloomberg” agentliyinin analitikləri ehtiyatların 1,5 mln. barrel azalacağını proqnozlaşdırıb.
Təbii ki, nefti bahalaşdıran əsas amil OPEC və qeyri-OPEC ölkələrinin hasilatın azaldılması ilə bağlı əldə etdiyi razılaşmadır.
Yeri gəlmişkən, WTI markalı neftin qiyməti bu il ərzində isə 46% artıb.
“Brent” markalı neft isə bu il 53% bahalaşıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar