Xəbər lenti
Cavid Qurbanov:"Biz Bakı-Balakəni birbaşa dəmir yolu ilə birləşdirmək fikrindəyik, onda..."

"Bu il Azərbaycan dəmir yollarında sürət həddi orta hesabla 20-30 km civarında artırılacaq”.
Manevr.az xəbər verir ki, bunu REAL TV-yə açıqlamasında "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.
Onun sözlərinə görə, sürət həddinin artması dəmir yolu daşımalarında rahatlığı təmin edəcək.
QSC-nin sədri həmçinin xatırladıb ki, "Azərbaycan Dəmir Yolları”ında 2019-cu ildə yükdaşımalar 2018-ci illə müqayisədə 1,250 mln ton artıb.
C.Qurbanov həmçinin əlavə edib ki, Bakıdan Yalamaya qədər olan dəmir yolunun yenidən qurulması Asiya İnkişaf Bankının krediti hesabına maliyyələşdirilir və artıq tikintisinə başlanılır: "Balakənə gedən dəmir yolunda isə Yevlaxda qatarlar dayanıb sonra dəyişirdilər. Biz artıq Bakı-Balakəni birbaşa dəmir yolu ilə birləşdirmək fikrindəyik, onda sürət artacaq. Bu ilin sonuna qədər orta sürəti təqribən 20-30 km artırmağı nəzərdə tuturuq”.
Xatırladaq ki, Asiya İnkişaf Bankı dəmir yolu sısteminin inkişafı proqramının reallaşdırılması üçün Azərbaycana 400 mln ABŞ dolları məbləğində kredit ayırıb. Kredit vəsaitləri hesabına "Azərbaycan Dəmir Yolları” QSC-nin idarəetmə sisteminin gücləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, Səhmdar cəmiyyətin maliyyə effektivliyinin artırılması, ADY-nin yeni korporativ strukturunun yaradılması, eləcə də Bakıdan Rusiya sərhədinə qədər dəmir yolu infrastrukturunun modernləşdirilməsi nəzərdə tutulur.
Bakı-Yalama dəmir yolu Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsidir. Bu dəhlizlə böyük həcmdə yüklərin daşınması gözləntilərini nəzərə alaraq, Azərbaycan hökuməti Bakı-Yalama və Bakı-Astara (İran sərhədi) dəmir yollarının yenidən qurulmasını həyata keçirməyi qərara alıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar