Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Mərkəzi Bankın strukturu dəyişdi

Tarix: 16-01-2020 16:38     Baxış: 3162 A- / A+
Mərkəzi Bankın strukturu dəyişdi

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ləğv edilərək səlahiyyətlərinin Azərbaycan Mərkəzi Bankına (AMB) verilməsi ilə əlaqədar bu qurumda struktur dəyişiklikləri həyata keçirilib.

Manevr.az-ın məlumatına görə, dəyişikliklər çərçivəsində qurumda Əli Əhmədovun rəhbərlik etdiyi Bazar əməliyyatları departamenti, Şaiq Adıgözəlovun rəhbərlik etdiyi İqtisadi təhlil departamenti, Toğrul Əliyevin rəhbərlik etdiyi Risklərin idarə edilməsi departamenti, Namiq Yaqublunun rəhbərlik etdiyi Satınalmalar bölməsi ləğv edilib.

Əvəzində AMB-də Fuad İsayevin rəhbərliyi ilə Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamenti, Elrad Seydiyevin rəhbərliyi ilə Maliyyə bazarlarında əməliyyatlar departamenti, Vüsal Qurbanovun rəhbərliyi ilə Sığorta fəaliyyətinə nəzarət departamenti, Tərlan Rəsulovun rəhbərliyi ilə Valyuta ehtiyatlarının idarə edilməsi departamenti, Elnur Allahverdiyevin rəhbərliyi ilə Lisenziyalaşdırma şöbəsi və Zaur Hacılının rəhbərliyi ilə Maliyyə monitorinq bölməsi yaradılıb.

Arif Şirəliyevin rəhbərlik etdiyi Strateji idarəetmə departamenti Korporativ idarəetmə departamenti adlandırılıb, Elizbar Əzimovun rəhbərlik etdiyi Ümumi şöbə isə Katibliyə çevrilib.

Digər 14 departament (Beynəlxalq əməkdaşlıq və kommunikasiya, Daxili audit, Hüquq, İnformasiya texnologiyaları, İnsan resursları, İnzibati, Maliyyə idarəetməsi, Nağd pul, Ödəniş sistemləri və hesablaşmalar, Pul siyasəti, Statistika, Tədqiqatlar, Təhlükəsizlik, Xəzinə) olduğu kimi qalıb.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar