Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
BÜTÜN XƏBƏRLƏR

8 il əvvəl dünyasını dəyişən şəxsə 516 manat su borcu yazıldı- ŞƏKİL

Tarix: 16-01-2020 15:42     Baxış: 3344 A- / A+
8 il əvvəl dünyasını dəyişən şəxsə 516 manat su borcu yazıldı- ŞƏKİL

8 il bundan əvvəl dünyasını dəyişmiş şəxsin adına 516 manat su pulu gəlib. Uzun müddətdir Bakıda yaşayan Şəki sakini Arzu Qasımova evinə geri dönən zaman su idarəsindən gələn bildirişi görüb dəhşətə gəlib.

Mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru” proqramında süjet yayımlanıb.

Arzu Qasımova – Şikayət: "3 uşağım var, heç bir yerdə işləmirəm, Bakıda kirayədə yaşayıram. Şəkidən gəldim gördüm ki, su kəsilib. Su ümumiyyətlə yoxdur, suyu çəkməyə də qoymurlar. Gördüm ki, 516 manat su borcu yazıblar. Həmin borcu da vəfat etmiş şəxsin adına yazıblar. Mən bu ölülərin adına pul keçirməliyəm? Ölülər axı su işlətməyiblər. Bu nə dərəcədə düzgündür?”.

Əlyar Hüseynov – Qonşu: "Onlar burda olmayıblar. Bakıda yaşayıblar. Bu məbləğdə su pulu yazıblar. Halbuki evlərinə su gəlməyib. Uzun müddətdir burda heç kəs yaşamayıb”.

Günlərdir susuz qalan şikayətçi bu borcu ödəmək niyətində deyil. Şəki "Sukanal” idarəsindən isə bildiriblər ki, borc sistemə oturub və ödəniş edilməsə mənzilə su verilməyəcək.

Arzu Qasımova – Şikayət: "Bakıdan gələn sənədlərlə də bağlı getdik. Qeyd olundu ki, bərpa olunacaq. Ancaq biz yenə də susuzuq, yenə də suyumuz yoxdur. Yalnız deyirlər ki, icazə verilmir. Pul ödənilməsə mümkün deyil. Bəs onda biz nə işlədək?”.

Bu cür problemlər hələ sayğaclaşdırılmamış, su pulunun adambaşına hesablandığı ərazilərdə yaşanır. Mənzildə qeydiyyatda olanların sayı dəyişdikdə, abonent su idarəsinə məlumat vermir, nəticədə ona elavə borc yazılır. "Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bu kimi faktlarla tez-tez rastlaşdıqlarını deyir.

Anar Cəbrayıllı - "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri: "Ailə qurub köçənlər olur və ya da ki, dünyasını dəyişənlər olur. Belə halda hökmən həmin vətəndaşlar bizim yerli su kanal idarələrinə ölüm haqqında şəadətnamə ilə, nikah haqqında şəadətnamə ilə və ya uşaq əsgərə gedibsə, hərbi komissarlıqdan arayışla müraciət etməlidir ki, həmin dövr üçün bu şəxslərə görə hesabat aparılmasın”.

Şəki sakini Arzu Qasımovanın məsələsinə gəldikdə,

Anar Cəbrayıllı - "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri: "Arayışlar təqdim olunsun. Ondan sonra komissiyaya müraciət olunacaq. Və komissiya dünyasını dəyişmiş insanlara görə hesablanmış məbləği onun ümumi vəsaitindən çıxacaq. Amma orda yaranmış borcun hamısı silinməyəcək. Çünki orda müəyyən müddət var. Əgər vətəndaş nə vaxtdan dünyasını dəyişibsə, o vaxtdan hesablanır. Ona görə də o borcun bir hissəsi orda qalacaq və o borc mütləq şəkildə ödənilməlidir”.

Bu cür problemlər yaranmasın deyə, ölkədə bütün abonentlərin sayğacla təmin olunması tələb olunur. Hazırda "Azərsu" ölkə üzrə sayğaclaşmanı 84 faizə çatdırıb.

Manevr.az
8 il əvvəl dünyasını dəyişən şəxsə 516 manat su borcu yazıldı- ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar