Sizin Reklam Burada
Xəbər lenti
14-05-2024
13-05-2024
BÜTÜN XƏBƏRLƏR

Vergidən yayınanları hamı tanıyacaq - VİDEO

Tarix: 05-01-2020 22:10     Baxış: 4187 A- / A+
Vergidən yayınanları hamı tanıyacaq - VİDEO


Vergi ödənişi zamanı qaydaları gözardı edən və üzərində şübhə qalan ödəyiciləri hamı tanıyacaq. Bu, Vergi Məcəlləsinə əlavə edilən son dəyişikliklərdə öz əksini tapıb.

Manevr.az-ın məlumatına görə, riskli vergi ödəyiciləri barədə məlumat kommersiya sirri kateqoriyasına aid edilməyəcək. Onların siyahıları Dövlət Vergi Xidmətinin internet saytında açıqlanacaq və hər bir vergi ödəyicisi başqa bir vergi ödəyicisi ilə müqavilə bağlayarkən onun bu siyahılarda mövcud olub-olmaması ilə bağlı araşdırma aparacaq.

İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, bu dəyişiklikdə əsas məqsəd qanuni iqtisadiyyatın dairəsinin genişləndirilməsidir.

Eskpert qeyd edir ki, vergidən toplanan vəsaitlər bütün vətəndaşların həyat şəraitinə təsir etdiyindən riskli vergi ödəyicilərinin adının ictimailəşdirilməsi önəmlidir. Bu həm də ödəyicilərin bir növ imic məsələsinə çevriləcək.

Rəşad Həsənov bildirir ki, növbəti mərhələ kimi həmin şəxslərin dövlət satınalmalarından uzaqlaşdırılması da həyata keçirilə bilər. Bu isə maliyyə fəaliyyəti şəffaf olmayan şəxslərin dövlət satınalmalarının sonrakı risklərini öncədən aradan qaldırmış olar.


Qeyd edək ki, hansı şəxslərin riskli vergi ödəyicisi olmasını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müəyyən edəcək. Onların həmin siyahılardan çıxarılması qərarını da Dövlət Vergi Xidməti verəcək. Riskli vergi ödəyiciləri çatışmazlıqları aradan qaldırmasalar onların barəsində maliyyə sanksiyaları da tətbiq oluna bilər. Buna görə ekspertlər vergi ödəyicilərinə bu siyahılara düşməmək üçün şəffaf vergi hesabatları ilə işləməyi tövsiyə edirlər.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar