Sizin Reklam Burada
Xəbər lenti
08-11-2025
07-11-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiya və Ukrayna qaz tranziti ilə bağlı müqavilə imzalayıb

Tarix: 31-12-2019 05:49     Baxış: 3187 A- / A+
Rusiya və Ukrayna qaz tranziti ilə bağlı müqavilə imzalayıb

Rusiya və Ukrayna 5 günlük danışıqlardan sonra yanvar ayının 1-dən Rusiya qazının Ukrayna vasitəsi ilə tranzitini təmin edən sənədlər paketini imzalayıb.

Manevr.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Qazprom”un rəhbəri Aleksey Miller jurnalistlərə açıqlamasında deyib.

“Beş günlük fasiləsiz ikitərəfli danışıqlardan sonra Vyanada yekun qərarlar qəbul olunub və final razılıq mərhələsi əldə edilib. Eyni vaxtda bir sıra razılıq toplusu, müqavilələr imzalanıb və bu razılıqlar həqiqətən də iki tərəf arasında maraqları tarazlayan böyük saziş paketini təşkil edir. Bu gündən etibarən bu sənədlər hüquqi gücə malikdir və 31 dekabr 2019-cu ildən sonra Rusiya qazının Ukrayna ərazisindən daşınmasını təmin edir”, - Miller belə deyib.

Öz növbəsində Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, müqavilə beş il müddətinə imzalanıb. Kiyev bu müddət ərzində 7 milyard dollardan çox gəlir əldə etməyi planlaşdırır.

Ukraynalı prezident onu da əlavə edib ki, sənəd birinci ildə 65 milyard kubmetr yanacaq, növbəti illərdə isə 40 milyard kubmetr qaz nəqlini nəzərdə tutur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar