Xəbər lenti
Azərbaycanın ixracı 2% artıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ixracı 18,3 mlrd. ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 365 mln. ABŞ dolları və ya 2% artıb.
Manevr.az xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.
“Bu müddətdə qeyri-neft sektoru üzrə 1 mlrd. 781 mln. ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 11 ayında qeyri-neft sektoru üzrə ixrac 249 mln. ABŞ dolları və ya 16% artıb. Bu ilin yanvar-noyabr ayları ərzində Rusiyaya 622,3 mln., Türkiyəyə 363,3 mln., İsveçrəyə 164 mln., Gürcüstana 150,6 mln. və Ukraynaya 46,3 mln. ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 11 ayında Rusiyaya qeyri-neft ixracı 12 faiz, Türkiyəyə 13%, İsveçrəyə 33%, Gürcüstana 29% və Ukraynaya 27% artıb”, - deyə R.Hüseyn qeyd edib.
Onun sözlərinə görə, 2019-cu ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (166,7 mln. ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 157,7 mln. ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (113,5 mln. ABŞ dolları) üçüncü olub.
Ümumiyyətlə, 2019-cu ilin 11 ayı ərzində meyvə-tərəvəz ixracı 541,9 mln., plastmas və ondan hazırlanan məmulatların ixracı 168,1 mln., alüminium və ondan hazırlanan məmulatların ixracı 117,9 milyon, pambıq lifi ixracı 108,8 mln., kimya sənayesi məhsullarının ixracı 95,5 mln., elektrik enerjisinin ixracı 76 mln., qara metallar və onlardan hazırlanan məmulatların ixracı 54,8 mln., pambıq ipliyi ixracı 27,3 mln., şəkər ixracı 26,4 mln., alkoqollu və alkoqolsuz içkilərin ixracı 22,6 mln. ABŞ dolları təşkil edib, R.Hüseyn deyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar