Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Rekord həcmdə QAZ QƏBUL OLUNDU

Tarix: 24-11-2019 23:02     Baxış: 5152 A- / A+
Rekord həcmdə QAZ QƏBUL OLUNDU


Bu gün “Azəriqaz” İstehsalat Birliyinin abonentlərin qazla təminatı üçün qəbul etdiyi qazın həcmi rekord həddə çatıb. İlk dəfədir ki, noyabr ayında belə göstərici qeydə alınır.
Belə ki, 23.11.2019-cu il tarixində Birlik üzrə cəmi qəbul olunan qazın həcmi 32 milyon 994 min kub metrdən çox olub. Bundan Bakı və Abşeron yarımadasının payına 18 milyon 295 min kub metr, regionların payına isə 14 milyon 699 min kub metr düşüb. Ötən il noyabr ayının 23-də "Azəriqaz" İB üzrə cəmi qaz qəbulu 25 milyon 529 min kub metr olub. Həmin dövrlə müqayisədə günlük artım 7 milyon 465 min kub metrdir. O cümlədən, Bakı və Abşeron yarımadası üzrə ötən ilin eyni günü ilə müqayisədə artım 2 milyon 939 min kub metr, regionlar üzrə isə 4 milyon 526 min kub metr olub.

Ötən gün - noyabrın 22-i ilə müqayisədə bu gün 1 milyon 526 min kub metr çox qaz qəbul olunub. 22.11.2019-cu il tarixində "Azəriqaz" İB üzrə cəmi qaz qəbulu 31 milyon 468 min kub metrə bərabər olub.

Qeyd edək ki, soyuq aylarda qaz sərfiyyatının günlük olaraq 35 milyon kub metri keçməyəcəyi proqnozlaşdırılırdı. Lakin mövcud vəziyyət gözləntilərdən fərqli rəqəmlərin ortaya çıxacağına ehtimal yaradır. Buna baxmayaraq “Azəriqaz” İB qışa hazırlıqla bağlı önləyici tədbirləri də diqqətdə saxlayıb. Ona görə də qaz təchizatında hər hansı bir problemin yaranmaması, rejimlərə uyğun normal qaz təminatının həyata keçiriləcəyinə çalışılacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar