Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Krediti olan insanlar bütün gün məhkəmələrdədir" - Deputat manatın taleyindən danışdı

Tarix: 15-12-2016 11:19     Baxış: 3282 A- / A+
"Krediti olan insanlar bütün gün məhkəmələrdədir"

“Birdən birə “tam üzən məzənnə” siyasətinə keçmək olmaz. Bu, “şok devalvasiya” effekti yaradar”.

Bu sözləri ölkə.az-a açıqlamasında iqtisadçı millət vəkili Vahid Əhmədov bildirib.

Deputat deyib ki, indiyədək manat 2 dəfə “şok devalvasiya”ya uğrayıb:

“Bu da əhali ilə banklar arasında ciddi problemlər yaratdı. İndiyədək də bankların dollarla verilən kreditlərinin taleyi həll olunmayıb. İnsanlar bütün gün məhkəmələrdədir. Ona görə də manatı birdən-birə sərbəst buraxmaq olmaz. Heç bir dövlət də birdən-birə devalvasiyaya getməyib. Misal üçün, Qazaxıstanda da milli valyutanı yavaş-yavaş buraxdılar. İndi də artıq öz həllini tapmaq üzrədir”.

V.Əhmədov Mərkəzi Bankın manatla bağlı indiki siyasətinin tamamilə doğru olduğunu söyləyib.

“Mərkəzi Bank hələlik “üzən məzənnə” siyasətini tənzimləyir. Bu cür siyasəti davam etdirmək lazımdır. Ancaq bu hara qədər gedə biləcək, hansı məzənnədə dayanacaq, bunu dəqiq demək mümkün deyil. Bu həm də bir sıra məsələlərdən asılıdır. İlk növbədə bu, neftin qiymətindən asılıdır. Əgər neftin qiymətində artım olarsa, o zaman dollarla nisbətdə manat gəlib 1.80-2.00 həddində dayansın.

Digər tərəfdən isə bu məsələ idxal-ixrac siyasətindən asılı olacaq. Hazırda Azərbaycanın idxalı ixracından böyükdür. Əgər gələcəkdə idxalın həcmi azalarsa, ixracın həcmi artarsa, tədiyyə balansı müsbət olarsa, bu da öz təsirini göstərəcək”.

Deputat qeyd edib ki, hökumət 2017-ci ildə “tam üzən məzənnə” siyasətinə keçmək istəyir:

“Ancaq bunu nə qədər buraxsalar da, Mərkəzi Bank müəyyən qədər nəzarətdə saxlayacaq. Çünki Mərkəzi Bank pul-kredit siyasətinə nəzarət edən orqandır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar